Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
Bakı, 27 avqust, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən aparılan birgə nəzarət-yoxlama tədbirləri nəticəsində narkotik vasitə aşkar edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Bakı-Tbilisi aviareysi ilə gedən Azərbaycan vətəndaşının üzərində aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 15,849 qram narkotik vasitə - kokain aşkar olunub.
Daha sonra davam etdirilən tədbirlər nəticəsində həmin şəxsin kirayədə yaşadığı evdən 16 qrama qədər narkotik vasitə - qurudulmuş marixuana, 1 ədəd bükümdə təmiz çəkisi 2,440 qram olan çətənə bitkisinin toxumları, 2 həb psixotrop maddə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [13:35]
Gənclərin narkotik asılılığı probleminə dair bilikləri artırılır
- 27.08.2026 [12:02]
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
- 27.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 27.08.2026 [11:55]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
- 27.08.2026 [11:52]
“YAŞAT” Fondu altıncı “Məktəbli ləvazimatları” layihəsini reallaşdırır
- 27.08.2026 [11:31]