“Qarabağ”ın oyunu ilə əlaqədar stadionunun qarşısındakı mübadilə mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb
Bakı, 27 avqust, AZƏRTAC
Avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Tvente” oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.
Məhdudiyyətlə əlaqədar müntəzəm marşrutların, eləcə də M5 və M6 nömrəli ekspres avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall”un qarşısındakı dayanacaqdan təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [15:34]
4SİM-in dəstəyi ilə sənaye 4.0 transformasiyası uğurla həyata keçirilir
- 27.08.2026 [15:16]
® Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal!
- 27.08.2026 [14:30]
Üç beynəlxalq rəqəmsal xidmət təchizatçısı Azərbaycanda vergi uçotuna alınıb
- 27.08.2026 [13:37]