Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı müharibə illərini unutmur: Hər şey cəbhə üçün, hər şey qələbə üçün

Bakı, 14 mart, AZƏRTAC 

Bakının tarixi 1941-1945-ci illərin Böyük Vətən müharibəsi ilə bağlı acı xatirələrlə doludur. Milyonlarla insanın qəlbində kədərli iz qoyan bu müharibə 1 418 gün və gecə davam edib. Faşistlərə qarşı döyüşlərdə 26 milyon 600 min insan itirən “SSRİ” adlı ölkə artıq müasir dünyanın xəritəsində yoxdur. Amma Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi bütün postsovet məkanı xalqlarının yaddaşından silinməyib.

AZƏRTAC xəbər verir ki, təkcə müharibənin ilk günlərində Azərbaycanın 40 mindən çox oğul və qızları cəbhəyə yollanmaq üçün hərbi komissarlığa müraciət etmişdi. Qısa müddət ərzində 186 704 nəfər könüllülər sırasına yazılmışdı. Azərbaycan əhalisinin hər beş nəfərindən biri əllərində silah faşistlərə qarşı vuruşub: 3,4 milyondan ibarət əhalinin 1941-ci ildə 681 min nəfəri (10 mindən çoxu qadın) cəbhəyə getmişdi. Respublikada 77-ci, 223-cü, 271-ci, 402-ci и 416-cı Azərbaycan milli diviziyaları formalaşdırılmışdı. Döyüş bölgələrində çoxmillətli Azərbaycanın bütün xalqlarının nümayəndələri: azərbaycanlılar və ruslar, yəhudilər və ləzgilər, tatarlar və gürcülər çiyin-çiyinə vuruşurdular. 300 mindən çox ölkə vətəndaşı müharibədən geri qayıtmadı. Hərbi hissələr üçün 15 min şəfqət bacısı və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı.

Qələbənin qazanılmasında əsas rol təkcə döyüşlərdə böyük şücaət göstərmiş, qələbə əzmi ilə vuruşmuş Azərbaycanın milli diviziyalarına deyil, həm də Bakıda gecə-gündüz fasiləsiz çalışaraq çox böyük işlər görmüş hərbi zavodlara məxsusdur. Ordunun döyüş ruhunun saxlanmasında 30140 yerlik 41 hərbi hospital da çox əhəmiyyətli rol oynayıb. Müharibə illərində ölkədə yaradılmış çoxsaylı təxliyə hospitalı şəbəkələri 440 mindən çox yaralıya tibbi yardım göstərib. Azərbaycan cərrahları ən çətin əməliyyatlar keçirib. Palata həkimlərinin və tibb bacılarının vaxtlarını və güclərini əsirgəmədən böyük qayğı ilə həyata qaytardıqları minlərlə əsgərin çoxu yenidən sıraya - ön cəbhəyə yola düşüb. Xəstəxana palatalarında, hospitallarda məktəblilər vətənpərvərlik mövzusunda mahnı və şeirlər oxuyub. Öz konsert proqramları ilə həm də cəbhə bölgələrinə gedən SSRİ-nin xalq artisti Bülbül Məmmədovun rəhbərlik etdiyi artist briqadalarının çıxışları yaralılar üçün xüsusi bayrama çevrilirdi. Bülbülün ifa etdiyi mahnılar hərbçilərin döyüş ruhunu yüksəldir, sağlamlığının bərpasına kömək edirdi...

Bakının küçələrində bu gün də binaların fasadında “Bu binada 1941-45-ci illərdə təxliyə hospitalı yerləşib” kimi xatirə lövhələrinə rast gəlmək olur. Təxliyə hospitalları həm şəhərin mərkəzində, həm də Sabunçu, Mərdəkan, Buzovna qəsəbələrində yerləşirdi. Əgər divarlar danışa bilsəydi, dil açıb deyərdi ki, indiki Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin binasında həkim və tibb bacıları əzab çəkən xəstələrə gündüz-gecə necə tibbi yardım göstərir, onların qayğısına qalırdı. Xəstələrin, həmçinin məşhur mesenat Musa Nağıyevin vaxtsız vəfat etmiş oğlunun şərəfinə ucaltdığı ən gözəl binaların biri olan Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında müalicə edildiyi bəlli olardı. Göründüyü kimi, Musa Nağıyevin Müsəlman Xeyriyyə Cəmiyyətinə bağışladığı “İsmailiyyə” binası öncədən xeyirxah məqsədlər üçün nəzərdə tutulub və bu divarlar həmin illərdə faşizmə qarşı vuruşan döyüşçülərin həyata qayıtmasına kömək edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu) divarları yaralıların çoxsaylı iztirabları ilə yanaşı, sağalan döyüşçülərin sevincli anlarının şahidi olub.

İndi təsəvvür etmək çətindir ki, İçərişəhərin Qoşa Qala darvazaları qarşısındakı meydandan Əmək sarayına (sonradan AHİK binası), demək olar, hər gün sanitar eşelonu ilə Bakı Dəmiryol Vağzalına gətirilmiş yaralılar xərəklə daşınıb. Xüsusən də o dövrün stasionar tibb müəssisəsinə çevrilmiş Üzeyir Hacıbəyli adına Konservatoriyada kəllə-beyin yarası ilə bağlı ən çətin cərrahiyyə əməliyyatlarının aparılması mümkünsüz görünür. Lakin bu müharibə dövrünün gerçəkliyi, müharibənin əvvəlindən keçən əsrin 40-cı illərinin sonuna qədər Bakı həyatı haqqında həqiqətdir. Hospitallar, həmçinin bir çox xəstəxanalarda, şəhər poliklinikalarında, mədəniyyət evlərində və məktəblərdə açılmışdı.

Bütün Azərbaycan və Bakı sakinləri cəbhəyə kömək üçün əlindən gələni əsirgəmirdi. Artıq 1942-ci ilin yazında Bakıda istehsal olunmuş “YAK-3” döyüş qırıcıları uçmağa başlamışdı. Həmin dövrdə Gəncə (əvvəlki Kirovabad) şəhərində fəaliyyət göstərən iri aviamotor zavodunda müxtəlif növlü 782 təyyarə, eləcə də 1550-dən çox aviamühərrik və digər ehtiyat hissələri təmir olunmuşdu.

Müharibə illərində Azərbaycan SSRİ-də istehsal olunan neft və neft məhsullarının ümumi həcminin 70 faizindən çoxunun əsas təchizatçısı idi. Sovet İttifaqı marşalı Georgi Jukov o vaxtlar yazırdı: “Bakı neftçiləri Vətəni müdafiə etmək, düşmən üzərində tez qələbə qazanmaq üçün cəbhəni kifayət qədər yanacaqla təmin edib”.

Daha bir mühüm fakt: Rusiyanın Azərbaycandakı keçmiş səfiri Vasili İstratovun “Azərbaycanın təbii sərvətləri olmadan Böyük Vətən müharibəsində qələbə mümkün olmazdı” sözləri bu il, Qələbənin 75-ci ildönümündə tez-tez səslənir.

Statistika təsdiqləyir ki, müharibə illərində ümumən 75 milyon ton neft istehsal olunub ki, bu da hasil olunan bütün sovet neftinin dörddəüçünü təşkil edirdi. Neft məhsullarından 22 milyon ton benzin istehsal olunub ki, bu da ümumittifaq benzininin 80 faizini, liqroininin 90 faizini, yağlarının 96 faizi demək idi. Hasil olunan aviasiya benzininin 85 faizə qədəri Bakının payına düşürdü. Cəbhəyə 1 milyon tondan çox yüksək oktanlı benzin göndərilmişdi. Bu da onu göstərir ki, hər beş təyyarədən dördü, cəbhədəki tank və avtomobillər Bakı neft mədənlərində çıxarılmış, Bakı neftayırma zavodlarında istehsal olunmuş benzinlə işləyib. Mədənlərdə təşkil olunmuş 15 minlik oğlan və qızlardan ibarət gənc-cəbhə briqadaları cəbhəni fasiləsiz yanacaqla təmin edib.

Təəssüf ki, az adam xatırlayır və bilir ki, Azərbaycan təkcə öz nefti ilə şöhrət qazanmayıb. Bu müharibə illərində Azərbaycan haqqında az məlum olan faktlar xalqımızın təkcə qanlı müharibə cəbhələrində göstərdiyi əsl qəhrəmanlığı deyil, həm də ölkə əhalisinin arxa cəbhədəki təmənnasız əmək şücaətini əks etdirir. Belə ki, şəxsi əmanətlərdən müdafiə fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 320 milyon rubl pul verilib. Tank dəstələri və aviaeskadriliyalar yaradılması fondu üçün vəsait toplanarkən Ağdam rayonundan olan 90 yaşlı kolxozçu Səadət Nəcəfqızı fonda 30 min rubl keçirib. Cəbhəyə 1,6 milyondan çox zəruri mal və 125 vaqon isti paltar göndərilib.

Bakı müəssisələri 1942-ci ilin yayına qədər təkcə Leninqrada 2 vaqon sıxılmış kürü, 40 ton quru meyvə, 12 vaqon tomat-püre və şirə, çoxlu qaraciyər ekstraktı, hematogenlər, jelatinlər və digər ərzaq məhsulları, həmçinin dərman preparatları və sarğı vasitələri göndərib. Ərzaqla, avadanlıqla və pulla Stalinqrada, Stavropola və Krasnodar vilayətinə də əhəmiyyətli yardım göstərilib. Bakı müəssisələri Dnepr SES-nın, Azov limanının və digər mühüm obyektlərin bərpasında iştirak edib.

1941-1945-ci illər Böyük Vətən müharibəsi salnaməsi sərt və acıdır. Bakı bu hərb salnaməsinə dünya tarixində əsrlərboyu yaşayacaq qəhrəmanlıq səhifələri yazdı. Bu il dünyanın bir çox ölkələri tərəfindən Qələbənin 75 illiyi qeyd olunur. Yüksək şücaət, yenilməz qələbə əzmi göstərmiş babalarının və atalarının döyüş ənənələrini davam etdirən Azərbaycan Ordusunun əsgərləri sadiq davamçılar kimi bu gün də Azərbaycan Respublikasının sərhədlərinin keşiyində dayanırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir YENİLƏNƏCƏK

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək