SİYASƏT
Bakı şəhər baş polis idarəsinin məlumatı
Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Bakı şəhər baş polis idarəsindən AZƏRTAC-a bildiriblər ki, saat 17:00-dan 19:00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
Mitinq zamanı ictimai asayişin və hüquq qaydalarının kobud şəkildə pozulması halları qeydə alınmayıb.