Bakı Slavyan Universiteti ikinci ali təhsil və ixtisasdəyişmə üzrə tələbə qəbulu elan edib
Bakı, 9 iyun, AZƏRTAC
Bakı Slavyan Universiteti (BSU) 2020-2021-ci tədris ilində ikinci ali təhsil və ixtisasdəyişmə proqramları üzrə tələbə qəbulu elan edib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, təhsil müddəti ikinci ali təhsil üzrə 3 il, ixtisasdəyişmə üzrə 1 ildir.
İkinci ali təhsil və ixtisasartırma üzrə ixtisaslar:
- Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
- Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə);
- Xarici dil müəllimliyi (ingilis, alman, fransız, rus dilləri üzrə);
- İbtidai sinif müəllimliyi (Azərbaycan və rus bölmələri);
- Təhsildə sosial-psixoloji xidmət (Azərbaycan və rus bölmələri);
- Məktəbəqədər təlim və tərbiyə (Azərbaycan və rus bölmələri);
- Beynəlxalq münasibətlər.
Tələb olunan sənədlər:
1. Rektorun adına ərizə;
2. Ali təhsil haqqında diplomun surəti;
3. Qiymət vərəqinin surəti;
4. Şəxsiyyət vəsiqəsinin surəti;
5. 4 ədəd fotoşəkil (3×4);
6. İş yerindən arayış;
7. Nikah haqqında şəhadətnamənin surəti;
8. Tərcümeyi-hal.
Diplom və diploma əlavə notarial qaydada təsdiq olunmalıdır. IV kurs tələbələri təhsil aldıqları universitetdən diplom əvəzi müvəqqəti olaraq arayış təqdim edə bilərlər. Sənədlər onlayn qəbul olunacaq (e-mail: [email protected]).