BAKI SLAVYAN UNİVERSİTETİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜN AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
Büstün açılışından sonra mərasim iştirakçıları abidənin önünə gül-çiçək qoymuşlar.
Sonra universitetin akt salonunda Heydər Əliyevin anadan olmasının 83-cü ildönümünə həsr edilmiş yığıncaq keçirilmişdir. Tədbirin əvvəlində Prezident Heydər Əliyevin nitqinin lent yazısı səslənmişdir. Ulu öndərimiz ölkəmizin təhsil sistemində Bakı Slavyan Universitetinin əhəmiyyətini yüksək qiymətləndirmiş, bu ali məktəbdə yüksəkixtisaslı mütəxəssislərin hazırlandığını bildirmişdir.
Yığıncaq iştirakçıları ümummilli liderimizin xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
Milli Məclisin deputatı Elmira Axundova, Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetski, Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev müstəqil Azərbaycan dövlətinin qurulmasında ulu öndər Heydər Əliyevin rolundan danışmışlar.