Bakı-Sumqayıt ekspres avtobusları ilə daşınan sərnişinlərin sayı açıqlanıb
Bakı, 23 yanvar, AZƏRTAC
Sumqayıtdan Bakı şəhəri istiqamətinə təşkil edilən ekspres avtobuslarla yanvarın 22-də 98 reys həyata keçirilib, 2891 sərnişin daşınıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, avtobusların son dayanacağa çatma müddəti təxminən 35 dəqiqə təşkil edib. Digər nəqliyyat vasitələri eyni məsafəni təxminən 1 saat ərzində qət edə bilir.
Ekspres avtobuslar Sumqayıt avtovağzalı, “Bağçalı evlər” yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, “Avtovağzal” metrostansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrutu üzrə hərəkət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]