Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması Azərbaycan Prezidentinin strateji təşəbbüsünün bəhrəsidir

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması Azərbaycan Prezidentinin strateji təşəbbüsünün bəhrəsidir

Tehran, 31 oktyabr, AZƏRTAC

Azərbaycan müəllifi olduğu daha bir möhtəşəm beynəlxalq iqtisadi layihənin həyata keçməsinə nail oldu. Azərbaycan Prezidenti İlham Əliyevin strateji təşəbbüsünün bəhrəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 10 il müddətində çəkilməsi heç də təsadüfi xarakter daşımır. Maneələrə baxmayaraq Prezidentin siyasi iradəsi hər şeyə qalib gəldi. On il əvvəl bu layihənin əsası qoyulanda Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının neftdən asılılığının qarşısını almaq haqqında düşünürdü. Bu gün dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bir çox ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. Lakin Azərbaycan beynəlxalq əhəmiyyətli iqtisadi layihələrlə qeyri-neft sektorunu inkişaf etdirərək davamlı inkişafını təmin edib. Bununla yanaşı, Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin də formalaşmasında əhəmiyyətli rol oynayır ki, bu da ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə yanaşı, siyasi təminat da verir.

Bəs Bakı-Tbilisi-Qars dəmir yolu Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin davamı ola bilərmi? Azərbaycan üçün bu nə dərəcədə vacibdir? Bu sualları cavablandırmaq üçün bəzi məqamlara diqqət yetirmək lazımdır.

Əvvəla qeyd edək ki, əgər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas hissəsi Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttidirsə onda ehtimal etmək olar ki, Azərbaycan ərazisindən keçən bu dəmir yolu xətti ilə hərəkət edən qatarları Bakı-Tbilisi-Qars istiqamətinə də yönəltmək olar. Belə ki, dəhlizin Qərb marşrutu üzrə Hindistanın Mumbai limanından gəmi ilə çıxan yüklər Bəndər-Abbas limanına çatdırılırdı. Buradan qatar və yaxud da avtomobillə yüklər Xəzər dənizinin İran sahilindəki Ənzəli limanına gətirilirdı. Ənzəli limanında isə bir də gəmilərə yüklənərək Xəzər dənizi ilə Rusiyanın Həştərxan limanına daşınırdı. Bu limanda da yüklər boşaldılır və qatara yüklənərək təyinatı üzrə həm Şimali, həm Qərbi, həm də Şərqi Avropa ölkələrinə aparılırdı.

Azərbaycan bu layihəyə qoşulduqdan sonra isə Prezident İlham Əliyevin irəli sürdüyü təklif daha səmərəli və cəlbedici oldu. Bu səmərəlilik ondan ibarətdir ki, yüklərin daşınması xərci azalır və çatdırılması vaxtı qısalır. Yəni, yüklər gəmi ilə Hindistandan Mumbai limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatara yüklənir və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülür və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Avropa ölkələrinə çatdırılır. Göründüyü kimi, yüklər Xəzər sahilində İran və Rusiyanın limanlarında təkrar boşaldılıb-yüklənmir. Bu variantda yüklər təkrar gömrük rəsmiləşdirilməsindən də azad olur. Bildiyimiz kimi, Azərbaycan ilə Rusiyanın dəmir yolları arasında hələ SSRİ dövründən əlaqə mövcuddur ki, bu da əlavə xərc çəkib dəmir yolu inşa etmək ehtiyacını yaratmır.

Ötən ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhaninin Bakıda keçirdikləri üçtərəfli görüş zamanı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi məsələsinə də toxunulub və tərəflər işlərin tezliklə yekunlaşdırılması haqqında razılıq əldə ediblər.

Tehranda İran, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli görüşündə də bu məsələnin müzakirə ediləcəyi şübhə doğurmur. 2015-ci ilin dekabrında Prezident İlham Əliyev Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən yeni avtomobil yolları salınmağa başlanıb və dəmir yollarında əsaslı təmir işləri həyata keçirilib.

Qeyd etmək lazımdır ki, Azərbaycan üzərinə düşən öhdəliyi artıq yerinə yetirib. Azərbaycanın və İranın dəmir yollarını birləşdirəcək Astara (Azərbaycan)-Astara (İran) 8,7 kilometrlik dəmir yolu körpüsü inşa edilib və istismara verilib. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən 511 kilometr dəmir yolu tam hazır vəziyyətdədir.

İranda isə Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisi sürətlə davam edir. Yol üzrə 22 tunel və 15 xüsusi körpünün inşası nəzərdə tutulub. Tunellər artıq hazırdır, 9 körpünün isə əsası qoyulub. Bu yolun 2018-ci ildə istismara veriləcəyi gözlənilir. Yolun Rəşt-Astara hissəsində də işlər davam edir və artıq tunellər və körpülər tikilib başa çatdırılıb. İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayinin sözlərinə görə, 400 kilometrlik Qəzvin-Rəşt-Astara dəmir yolunun Rəşt-Astara hissəsinə əlavə investisiya lazımdır. Çexiya və Macarıstan bu layihəyə investisiya qoymağa hazırdır. Oktyabrın 27-də Azərbaycanda səfərdə olan İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian keçirdiyi görüşlərdən sonra rəsmi Bakının da Rəşt-Astara dəmir yolunun çəkilişinə investisiya yatıracağını bildirib.

Artıq bu marşrut İran, Hindistan, Rusiya və Azərbaycanla yanaşı, Körfəz və Orta Asiya dövlətlərinin, həmçinin Çinin də marağına səbəb olub.

Nəzərə çatdıraq ki, Çin də bu marşrutla maraqlanıb və iqtisadi-texniki əsaslandırmadan sonra investisiya yatıracağına qərar verəcək. Çinin yaxın gələcəkdə mallarını məhz sözügedən dəhlizin Qərb marşrutu ilə dünya bazarına çıxaracağı şübhə doğurmur ki, bunun da önəmli səbəbi var. Məsələ ondan ibarətdir ki, Çinin gəmiləri Malayziyanın Malay yarımadası ilə İndoneziyanın Sumatra adası arasındakı Malakka boğazından keçərək dünya okeanına çıxır. Hind okeanı ilə Sakit okeanı birləşdirən bu boğaz iqtisadi baxımdan Cənub-Şərqi Asiya ölkələri üçün olduqca əhəmiyyətlidir. Hər il Malakka boğazından bu regionun müxtəlif ölkələrinə məxsus 50 mindən çox gəmi keçir. Lakin burada məskunlaşmış dəniz quldurları gəmilərə hücum edərək onları qarət edirlər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünyanın müxtəlif regionlarında baş verən qanlı münaqişələr dəniz quldurlarının sayını artırmışdı və 2006-cı ildən başlayaraq Malakka boğazından keçən gəmilərin qarət olunması halları çoxalmışdı. Dəniz quldurları gəmiləri qarət etməklə yanaşı, heyət üzvlərini də girov götürərək yüksək məbləğdə pul tələb edirlər. Onu da nəzərə çatdırmaq lazımdır ki, yay aylarında Sumatra adasında baş verən meşə yanğınları nəticəsində boğazın üzəri sıx dumana bürünür və 200 metr irəlini görmək olmur. Belə vəziyyət həm qəzalara səbəb olur, həm də dəniz quldurlarını təqib etməyə imkan vermir. Bu problem Çini ciddi düşündürür. Deməli, Çinin Rəşt-Astara dəmir yoluna investisiya yatıracağı zərurətdir.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizindən kənar daşınan yüklər Hindistandan çıxaraq 4 dənizdən keçib Almaniyaya çatdırılır. Mumbai limanından çıxan yüklü gəmilər Ərəbistan dənizinə, Qırmızı dənizə, Aralıq dənizinə, Atlantik okeanına, Şimal dənizindəki Almaniya limanlarına daxil olur. Bundan başqa, Süveyş kanalının ötürmə qabiliyyəti zəif olduğundan gəmilər bəzən həftələrlə növbə gözləməli olurlar. Dənizlərdəki fırtınaları, ərazi sularından keçmək üçün ödənilən tranzit haqlarını və gömrük terminallarında yubanmaları nəzərə alsaq, bu yolun uzun, bahalı, üzücü və təhlükəli olduğunu görərik. Hindistandan Finlandiyaya qədər uzunluğu 7200 kilometr olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yüklərin daşınma müddəti 2 dəfədən çox azalır. Mütəxəssislərin fikrincə, dəhliz Süveyş kanalından fərqli olaraq yolu 800 kilometr azaldır ki, bu da müqayisədə yüklərin 20 gün tez çatdırılması deməkdir. Bütün bunlar isə hər 15 ton yükün daşınmasında 2500 dollar vəsaitə qənaət edilməsinə gətirib çıxarır.

Daşınan yüklərə gəldikdə, qeyd etmək lazımdır ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin iştirakçısı olan hər bir dövlətin ixrac və idxal potensialı var. Dünya Ticarət Təşkilatının hesabatına görə, Hindistanın xarici ticarət dövriyyəsi 1 trilyon dollara yaxınlaşıb. Hindistan nefti, sənaye avadanlıqlarını, müxtəlif kimyəvi maddələri, dəmiri, poladı və başqa malları idxal edir. İxraca gəldikdə isə, qeyd etmək lazımdır ki, dünya bazarına çıxarılan çayın 13 faizini Hindistan ixrac edir. Dünyada qəhvə ixracına görə bu ölkə 6-cı yerdədir. Bunlardan başqa, neft-kimya məhsulları, dərman preparatları, maşınqayırma və nəqliyyat avadanlıqları, yüngül sənaye və kənd təsərrüfatı məhsulları da Hindistanın ixrac potensialına daxildir.

İran ilə Qərb dövlətləri arasında nüvə proqramına dair əldə edilən razılaşmanın nəticəsində sanksiyaların aradan qaldırılması bu dövlətin idxal və ixrac imkanlarını artırıb. Hər il İran Rusiyadan 1,5 milyon tondan çox buğda və digər dənli bitkilər, müxtəlif növ filizlər, taxta-şalban, avadanlıq idxal edir. Eyni zamanda, İran Rusiyaya meyvə-tərəvəz, kənd təsərrüfatı malları ixrac edir. 2014-cü ildə İranla Rusiya arasında ticarət dövriyyəsi 5 faiz artaraq 1,68 milyard dollara çatıb. Rusiya İrana 2014-2015-ci illərdə buğda ixracını iki dəfə artıraraq 2,8 milyon tona çatdırıb. Bütün bu yükdaşımalar isə Azərbaycan ərazisindən həyata keçiriləcək. Azərbaycana çatdırılan yükləri isə təyinatına uyğun olaraq müxtəlif istiqamətlərlə yola salmaq olar. Qərbi Avropaya gedən yüklər Rusiya ərazisindən, Şərqi Avropaya gedən yüklər isə Türkiyə ərazisindən, yəni, Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməklə yola salına bilər. Göründüyü kimi, Prezident İlham Əliyevin Bakı-Tbilisi-Qars layihəsinin icrası zamanı Azərbaycanı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə cəlb etməsi və Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilişinə diqqət ayırması strateji düşüncənin məhsuludur və ölkəmizin iqtisadi inkişafına yönəldilmiş addımdır.

Bu gün dünya bazarında neftin qiymətinin düşməsi iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun inkişaf etdirilməsini tələb edir. Prezident İlham Əliyevin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə xüsusi diqqət ayırmasının əsasında dayanan amil ondan ibarətdir ki, Azərbaycan logistika və tranzit mərkəzə çevrilsin. Bu amil dövlət büdcəsinə əlavə vəsait gəlməsi ilə yanaşı, iş adamlarının fəaliyyətini stimullaşdıracaq, ölkənin ixrac potensialını artıracaq. Beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşmasında Azərbaycanın əhəmiyyətli rol oynaması onun qlobal iqtisadiyyata daha səmərəli inteqrasiyasına, qeyri-neft sektorunun inkişafına, modernləşməyə, iqtisadi islahatların sürətlənməsinə də impuls verəcək. Bakı-Tbilisi-Qars xəttinin və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Qərb marşrutunun işə düşməsi nəinki region ölkələrinin iqtisadi inkişafına təkən verəcək, eyni zamanda, həmin ölkələr siyasi sabitlik üçün də zəmanət əldə etmiş olacaqlar.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib