Bakıda atletika üzrə beynəlxalq turnir keçirilir
Bakı, 9 iyun, Həsrət Mahmudova, AZƏRTAC
İyunun 9-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Əfqan Səfərovun xatirəsinə atletika üzrə beynəlxalq turnir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan ilə yanaşı, Gürcüstan, Bəhreyn və İran idmançıları birincilik uğrunda mübarizə aparırlar.
Final xarakteri daşıyan yarışda atletlər müxtəlif məsafələrə qaçış, tullanma, nizəatma və nüvəitələmə yarışlarında güclərini sınayırlar.