Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilir VİDEO

Bakı, 3 oktyabr, P.İmanova, AZƏRTAC

Oktyabrın 3-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan “Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir AMEA-nın Botanika, Molekulyar Biologiya və Biotexnologiyalar institutlarının və Mərkəzi Nəbatat Bağının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə institutun 80 ildə keçdiyi şərəfli yola nəzər salıb, bu elm müəssisəsinin tarixi, fəaliyyət istiqamətləri, burada aparılan elmi-tədqiqat işləri barədə məlumat verib. Bildirilib ki, ölkədə bitkilər aləmini öyrənən genişprofilli elmi mərkəz kimi tanınan bu müəssisənin 80 illik fəaliyyəti dövründə botaniklərimizin səyi nəticəsində floranın növ tərkibi müəyyənləşdirilib, Azərbaycan və Qafqaz florası, eləcə də elm üçün onlarla yeni cins və 1000-dək növ aşkarlanıb, respublikanın ayrı-ayrı botaniki-coğrafi rayonlarında çoxlu növ və cinsin yeni yayılma əraziləri müəyyən edilib.

Qeyd edilib ki, institut rəsmi bir qurum kimi 1936-cı ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan botanika bölməsinin bazasında təsis edilib. İnstitutun təşəkkül tapmasında və inkişafında onun ilk direktoru, görkəmli botanik, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü A.Qrossheymin mühüm rolu olub. Akademik A.Qrossheym tərəfindən Azərbaycanda floristik və geobotaniki tədqiqatların əsası qoyulub. Həmçinin bu elmi qurumun fəaliyyətində və inkişafında H.Əliyev, L.Prilipko, İ.Karyagin, Q.Axundov, M.Abutalıbov, C.Əliyev, İ.Səfərov, Ə.Xəlilov, R.Rzazadə, N.İsmayılov və başqa görkəmli alimlərin töhfələri olub.

AMEA-nın prezidenti bildirib ki, tədbirin məqsədi respublikada botanika elminin tarixi inkişaf mərhələlərini nəzərdən keçirmək, müasir vəziyyəti qiymətləndirmək və biomüxtəlifliyin saxlanılmasında innovativ botaniki tədqiqatların rolunu müəyyənləşdirməkdir. Konfransda botanika elminin müxtəlif sahələri üzrə yüzdən çox alim və mütəxəssisin, o cümlədən doqquz ölkəni təmsil edən otuzadək xarici alimin plenar və poster məruzələri dinləniləcək.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov ölkəmizdə görkəmli alimlərin, elm, təhsil müəssisələrinin yubileylərinin qeyd olunmasının ənənə halını aldığını söyləyib. Diqqətə çatdırılıb ki, bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda Ulu Öndərin bu siyasəti dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir.

Qeyd edilib ki, son illər Botanika İnstitutu beynəlxalq elm aləminə inteqrasiya olunur, burada alimlər tərəfindən müxtəlif beynəlxalq proqramlar üzrə müştərək tədqiqatlar aparılır. Həmçinin institutun yetişdirmələri dünyanın müxtəlif elm ocaqlarında fəaliyyətlərini uğurla davam etdirirlər.

Akademik vurğulayıb ki, Botanika İnstitutu ölkənin müxtəlif ali məktəblərinin kafedraları üçün mütəxəssislər hazırlayır, Azərbaycanda molekulyar biologiya və biotexnologiya sahəsinin inkişafı da bu qurumun adı ilə sıx bağlıdır. Uzun illər akademik Cəlal Əliyevin təşəbbüsü ilə Botanika İnstitutunun elmi istiqamətləri “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi üzrə Milli Strategiya və Fəaliyyət Planı”na uyğun olaraq zamanın ən vacib tələbi kimi biomüxtəlifliyin tədqiq edilməsinin gücləndirilməsinə yönəldilib. İnstitutda akademik Cəlal Əliyevin rəhbərliyi ilə Azərbaycanda molekulyar biologiya, gen mühəndisliyi, bioinformatika və digər yeni istiqamətlərin müasir səviyyədə inkişafi naminə hərtərəfli tədqiqat işləri aparılıb və mühüm nailiyyətlər əldə olunub.

Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə rəhbərlik etdiyi qurumun elmi istiqamətləri, beynəlxalq əlaqələri və burada aparılan tədqiqat işləri barədə məlumat verib.

Bildirilib ki, konfransda quru və su ekosistemləri biotasının strukturu, funksiyası və təkamülü məsələləri nəzərdən keçiriləcək, bitki populyasiyaları, növləri, assosiasiyalarının və ekosistemlərin mühafizəsi probleminin həlli yolları yerli ərazilər və böyük regionların nümunəsində göstəriləcəkdir. Həmçinin bioloji müxtəlifliyin molekulyar-genetik tədqiqat metodları gözdən keçiriləcək, yerli və qlobal səviyyədə baş verən təbii və antropogen amillərin təsiri altında populyasiyaların dinamikası məsələləri araşdırılacaq. Eyni zamanda, konfransın həsr edildiyi elmi problemlər sırasına təbii ehtiyatların mühafizəsi və səmərəli istifadəsi daxildir. Beynəlxalq tədbir geniş tədqiqatçı auditoriyası üçün nəzərdə tutulub və fitomüxtəliflik sahəsində müasir tədqiqatların nəticələrinin müzakirəsi və innovativ yanaşmalardan istifadə yolu ilə onların fundamental və tətbiqi istiqamətlərdə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Konfransda Berlin Botanika Bağı və Botanika Muzeyinin direktoru Tomas Borsch, Rusiya Elmlər Akademiyasının Botanika İnstitutunun direktoru Dmitri Geltman və Ankara Universitetinin professoru Filiz Ertunc institutun kollektivini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirdə Botanika İnstitutunun fəaliyyətinə həsr edilən film nümayiş olunub.

Konfrans işini oktyabrın 4-dək “Bitki müxtəlifliyinin mühafizəsi”, “Qlobal iqlim dəyişiklikləri”, “Ərzaq və kənd təsərrüfatı üçün biomüxtəliflik” bölmələri üzrə AMEA-nın Botanika, Molekulyar Biologiya və Biotexnologiyalar institutlarında, Mərkəzi Nəbatat Bağında davam etdirəcək.

Bakıda “Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji rolu daha da güclənib MÜSAHİBƏ

Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb

Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub

“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır

Azərbaycanla İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib

Volkan Yılmaz: Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün böyük əhəmiyyətə malikdir

Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib

“Bayer” heyətinə yeni futbolçu cəlb edib

Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılıb

Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub

Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm

Milli qurtuluşdan dövlətçilik zirvəsinə: BDU tələbələri Ulu Öndərin siyasi irsini öyrənirlər

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ

Ölkədə muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

Mətin Məmmədli: Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır

ABŞ-nin neft ehtiyatları azalıb

Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib

Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Azərbaycanda beynəlxalq sertifikatların maliyyələşdirilməsi proqramı hazırlanır

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi - RƏY

Fransadakı alman bunkerləri baxımsız qalıb

Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

ADNSU-da respublika fənn olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırılıb

Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək

Azərbaycan enerji sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır ŞƏRH

Rizvan Nəbiyev: Sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin əsas hüquqi bazasını təşkil edəcək

Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Azərbaycan futbolunun məbədi - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Oman sahillərində tankerdə yanğın baş verib

Qaya Məmmədov: Ermənistan cəmiyyəti Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir

Azərbaycan millisinin baş məşqçisi dünya çempionatındakı favoritini açıqlayıb

Uşaq evinin sakinləri İtaliyada keçirilən rəsm sərgisində iştirak ediblər

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib

Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq

Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin aparıcı qüvvələrindən biri kimi çıxış edir- ŞƏRH

Fransada müdafiə sənayesi sahəsi gücləndirilir

Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi VİDEO

Deputat: Uşaqların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsi zəruridir

Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək

Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir

Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib

Donald Tramp: İnflyasiyanı bəyənirəm

Teatr sənətinin vurğunu

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır VİDEO

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır VİDEO

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb

“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb

PMI rəsmisi: Azərbaycan innovasiya və insan kapitalına əsaslanan iqtisadiyyat qurur

Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq

Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir ŞƏRH

Nazir müavini: Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır

Səudiyyə Ərəbistanı Livandan məhsul idxalına tətbiq etdiyi qadağanı ləğv edib

BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb

Krasnodar hava limanında 34 reys təxirə salınıb

® Əsəd Qurbanzadə: Unun alış qiyməti deyil, son məhsulun maya dəyəri əsas göstəricidir

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası regional istehsal və logistika mərkəzi rolunu oynayır

Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır

SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb

Aleksey Kim: Azərbaycan resurslara əsaslanan iqtisadiyyatdan innovasiyayönümlü modelə keçidi uğurla həyata keçirir

SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub

Xalq rəssamı Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlanıb

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

İcraçı direktor: Azərbaycanın süni intellekt iqtisadiyyatında regional mərkəzə çevrilməsi potensialı böyükdür

NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb

Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var

Culfada yaşayış binasında yanğın olub

Nazir müavini: Azərbaycan şirkətləri beynəlxalq səviyyədə rəqabət aparmaq imkanına malikdir

Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub

Nazirin müşaviri: Azərbaycan gələcəyin sənaye və texnologiyalarının formalaşdırılmasında ABŞ-nin tərəfdaşı olmağa hazırdır

Çinli alimlər irsi əzələ distrofiyasının müalicəsində ciddi irəliləyiş ediblər

Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb

“AmCham”: Məqsədimiz dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq imkanlarının yaradılmasıdır

ABŞ-nin hücumu nəticəsində Oman körfəzində iki hindistanlı dənizçi həlak olub

Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb

Manna dövlətinin fundamental tədqiqatçısı: Solmaz Qaşqayın elmi irsi bu gün də aktualdır

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb VİDEO

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb VİDEO

"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək

Küveyt hava məkanını yenidən açıb

Şəki REM-in əməkdaşları şəhid Məmmədiyyə Cabbarzadənin xatirəsini yad ediblər

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib VİDEO

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib VİDEO

Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir VİDEO

Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan nefti 96 dollara satılıb VİDEO

Azərbaycan nefti 96 dollara satılıb VİDEO