Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir VİDEO

Bakı,14 noyabr, X.Cəfərova, P.İmanova, AZƏRTAC

Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Milli Elmlər Akademiyasının, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilir.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, Birinci Türkoloji Qurultayın ideyaları sonrakı dövrlərdə milli-mənəvi dəyərlərin və elmi-mədəni inteqrasiyanın formalaşmasında, türkdilli ölkələr arasında tarixi-mədəni əlaqələrin qorunub saxlanmasında və inkişafında müstəsna rol oynayıb. Prezident İlham Əliyevin imzaladığı “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı xatırladan akademik bu sənədin Birinci Türkoloji Qurultayın dərslərini ictimai və elmi cəhətdən qiymətləndirməyə və nəticələr çıxarmağa imkan verdiyini bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar çıxışında Birinci Türkoloji Qurultayın türk dünyasının tarixi elmi-mədəni əlaqələrinin qorunub saxlanmasındakı önəmindən danışıb. O, humanitar xarakter daşıyan Birinci Türkoloji Qurultayda latın qrafikalı əlifbaya keçid kimi vacib məsələnin müzakirə olunduğunu diqqətə çatdırıb.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışları” mövzusunda məruzə ilə çıxış edib. Akademik bildirib ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsinə, inteqrasiya proseslərinin dərinləşdirilməsinə geniş üfüqlər açan ictimai hadisədir. Bu qurultayda XX əsrin əvvəllərində türkoloji elmi-mədəni mühitin aktual məsələlərinə toxunulub. Birinci Türkoloji Qurultayın iclaslarında səslənən məruzələrdə humanitar və ictimai elmlərin, türkologiyanın aktual problemləri əhatə olunub və konkret təkliflər irəli sürülüb. Qurultayda keçmiş Sovet İttifaqının tərkibində yaşayan türkdilli xalqların, Avropa türkologiyasının nümayəndələrinin təmsil olunması, Türkiyə və İran ziyalılarının iştirakının təmin edilməsi əhatə olunan türkoloji mühitin genişliyini, miqyasını aydın şəkildə təsəvvür etməyə imkan verir. Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi Azərbaycanın geniş mənada türkologiyanın əsas mərkəzlərindən biri olduğunu göstərir.

Akademik bildirib ki, Azərbaycan ziyalılarının Birinci Türkoloji Qurultayda fəal iştirakı ölkəmizdə yalnız dilçilik deyil, ədəbiyyat, tarix, mədəniyyət, folklor, etnoqrafiya və maarifçilik miqyasında da böyük elmi və yaradıcı qüvvələrin yetişib formalaşdığını nümayiş etdirir. İsa Həbibbəyli Azərbaycan nümayəndələrinin qaldırdıqları məsələlərin, irəli sürdükləri ideyaların Birinci Türkoloji Qurultayın ana xəttinin, əsas istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynadığını deyib.

Akademik türkoloji elmi axının hakim sovet ideologiyasının prinsiplərinə uyğun gəlmədiyi üçün keçmiş Sovet İttifaqının ictimai-siyasi mühitində böyük vahimə və şübhə ilə qarşılandığını xatırladaraq deyib: “Birinci Türkoloji Qurultayın demək olar ki, Sovet İttifaqından olan bütün əsas iştirakçıları ciddi təqiblərlə üzləşib, həbs cəzasına məhkum edilib, sürgünə göndərilib. Lakin nə qədər çətin olsa da, Birinci Türkoloji Qurultayın ideyaları, çağırışları daim öz əhəmiyyətini qoruyub saxlayıb”.

AMEA-nın vitse-prezidenti məruzəsində Birinci Türkoloji Qurultayda qaldırılan latın qrafikalı əlifbaya keçid məsələsinə də toxunub. Qeyd edib ki, latın qrafikalı əlifbaya keçid XX əsrin əvvəllərində Azərbaycanda və Türkiyədə tətbiq olunub, lakin sonradan Sovet İttifaqı daxilində bu proses dayandırılıb. Azərbaycanın müstəqillik illərində bu ideyanın yenidən dirçəldiyini deyən akademik ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə ölkəmizdə latın qrafikalı əlifbaya tam keçidin təmin edildiyini bildirib.

İsa Həbibbəyli məruzəsinin sonunda Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 18 fevral tarixli Sərəncamının önəmindən danışaraq deyib: “Birinci Türkoloji Qurultayın 90 illiyinin yüksək səviyyədə qeyd olunması və müasir vəzifələrin müəyyən edilməsi Azərbaycanda və türk dünyasında humanitar elmlərin, o cümlədən türkoloji elmlər sisteminin bütün yönləri ilə inkişafına təkan verir. Bu isə öz növbəsində həm də dünya elminin daha da zənginləşdirilməsi, beynəlxalq miqyasda inteqrasiya proseslərinin yeni hədəflərə doğru inkişaf etdirilməsi istiqamətində atılan yeni addımların meydana çıxması, qarşıda böyük üfüqlərin açılması deməkdir”.

Tədbirdə Türk Dil Qurumunun rəhbəri Mustafa Kaçalin, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu və digərləri məruzələrlə çıxış ediblər.

Məruzələrdə qurultayın tarixindən və əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir. Səkkiz gün davam edən bu mötəbər tədbirdə müxtəlif ölkələrdən 131 nümayəndə iştirak edib, 17 iclas keçirilib, yeddi əsas problem müzakirə olunub və ümumilikdə 38 məruzə dinlənilib. Qurultayda müzakirəyə çıxarılan ortaq türk xalqlarının dili, tarixi və ədəbiyyatı məsələləri bu gün də öz aktuallığını qoruyub saxlayır.

Beynəlxalq tədbirdə Birinci Türkoloji Qurultayın 90 illik yubileyi münasibətilə Türkiyə, Qazaxıstan, Macarıstan və Tatarıstanda da elmi konfransların keçirildiyi diqqətə çatdırılıb.

Konfrans Nizami adına Ədəbiyyat İnstitutunda və Mərkəzi Elmi Kitabxanada “Ortaq türk tarixi” və “Ortaq türk ədəbiyyatı” dərsliklərinin, o cümlədən “Ortaq türk qrammatikası və terminologiyası”nın hazırlanması və digər məsələlərin müzakirəsi ilə davam etdirilib.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli türk xalqlarının ortaq dərsliklərinin hazırlanmasının mühüm məsələlərdən biri olduğunu qeyd edərək mövzu ilə bağlı fikirlərini səsləndirib, təkliflərini irəli sürüb.

Qazaxıstanın Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, Akademiyanın “Türk xalqlarının ortaq dərslikləri” layihəsi Prezident Nursultan Nazarbayevin dəstəyi ilə reallaşıb.

Daha sonra Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan Elmlər akademiyalarının və Beynəlxalq Türk Akademiyasının Kitabxanaları Assosiasiyasının yaradılması ilə bağlı layihə müzakirə edilib. Layihə haqqında AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova məlumat verib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Nizami adına Ədəbiyyat İnstitutunun, professor Əhməd Bican Ercilasun Nəsimi adına Dilçilik İnstitutunun fəxri doktoru adına layiq görülüblər.

Ortaq türk dəyərlərinin təbliğində xidmətlərinə görə Əhməd Bican Ərcilasun, Osman Fikri Sərtqaya, Fikrət Türkmən Beynəlxalq Türk Akademiyasının medalı ilə təltif olunublar.

Bölmə iclaslarında “Birinci Türkoloji Qurultay: çağırışları və onların günümüzdəki aktuallığı”, “Əli bəy Hüseynzadənin Birinci Türkoloji Qurultaydakı məruzəsi və müasir Qərbdə ikili standartlar”, “Naxçıvanda Birinci Türkoloji Qurultaya hazırlıq”, “Birinci Türkoloji Qurultayın qarşıya qoyduğu vəzifələr və AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda türkologiyanın inkişafı”, “Birinci Türkoloji Qurultayın Qazaxıstan təmsilçiləri”, “Birinci Türkoloji Qurultayda qoyulan məsələlərə akademik Tofiq Hacıyevin münasibəti”, “Birinci Türkoloji Qurultayda ədəbiyyat məsələləri”, “Türk xalqlarının müqayisəli lüğətinin hazırlanması - Azərbaycan-Türkiyə türkcəsi örnəyində”, “Birinci Türkoloji Qurultaydakı dil məsələlərinin C.Məmmədquluzadə yaradıcılığında əksi”, “Birinci Türkoloji Qurultay və Azərbaycanda latın qrafikalı əlifbaya keçid təcrübəsi”, “Birinci Türkoloji Qurultay və müqayisəli-türkoloji dilçilik məsələləri”, “Məhəmməd ağa Şahtaxtlının əlifba layihələri”, “Türk dillərində ortaq terminologiya və ortaq ünsiyyət problemi” və digər mövzularda məruzələr dinlənilib.

Konfrans işini noyabrın 15-də yekunlaşdıracaq.

Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilir

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar