BAKIDA ƏN İRİ YOLKA “PARK İNN AZƏRBAYCAN”MEHMANXANASININ QARŞISINDA BƏZƏDİLMİŞDİR
Artıq bir neçə gündür ki, Bakıda yeni il əhval-ruhiyyəsi hökm sürür. Paytaxtımızın küçə və meydanlarında bəzədilmiş yolkaların qarşısında Şaxta baba və Qar qız uşaqları əyləndirir, onlarla birlikdə şəkil çəkdirir, rəqs edirlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bakıda əlvan işıqlar və oyuncaqlarla bəzədilmiş ən iri yolka dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilmiş 4 ulduzlu “Park İnn Azərbaycan” (keçmiş “Azərbaycan”) mehmanxanasının qarşısında qurulmuşdur. Yolka gecə saatlarında sayrışan işıqları ilə daha gözəl və əzəmətli görünür.