Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda konfrans keçirilib

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Özbəkistan Respublikasının Vəkillər Palatasının birgə təşəbbüsü ilə türk dövlətlərinin ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Vəkillər Kollegiyasının sədri Anar Bağırov açaraq gender bərabərliyinin əhəmiyyətindən söhbət açıb. Qeyd edib ki, ilk Respublikamız və hüquqi varisi olduğumuz Azərbaycan 1918-ci ildə Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət olub.

Tanınmış vəkilin ömür yolu və fəaliyyətindən danışan Anar Bağırov deyib ki, Sürəyya xanım 1903-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycanın və Türkiyənin görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya gəlib. 1920-ci ildə İstanbul Qızlar Liseyini bitirib. 1921-ci ildə İstanbul Hüquq Fakültəsinə qəbul olub və bununla da hüquq fakültəsinin qapısının qız tələbələrin üzünə açılmasında rol oynayıb. Məzun olduqdan sonra vəkillik fəaliyyəti ilə məşğul olmağa başlayan Sürəyya xanım Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ikinci prezidenti seçilib və ömrünün sonuna qədər vəkilliklə məşğul olub.

Anar Bağırov, həmçinin qeyd edib ki, 2018-ci ildən etibarən ölkəmizdə aparılan mütərəqqi islahatlar nəticəsində vəkil korpusunda xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb. Qadın hüquqşünasların vəkilliyə marağının artırılması, o cümlədən vəkillərin şəbəkələşməsi və onların fəaliyyətlərində qarşılaşdığı gender əsaslı çətinliklərlə mübarizə məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə Qadın Vəkillərin Alyansı yaradılıb.

Sonra Sürəyya Ağaoğlunun həyat və yaradıcılığına həsr olunan film nümayiş olunub.

Tədbirdə Özbəkistan Respublikası Vəkillər Palatasının sədri Alim Ernazarov çıxış edərək deyib ki, Azərbaycanla Özbəkistanın mədəniyyəti, mentaliteti, dünyagörüşü oxşardır. Qeyd edib ki, Özbəkistan Vəkillər Palatasının 5 minə yaxın vəkili var. Onların təxmini 22 faizini qadınlar təşkil edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva azərbaycanlı qadınların cəmiyyətin bütün sahələrində olduğu kimi hüquq sahəsində də fəal fəaliyyət göstərdiklərini deyib. Bildirib ki, qadınların müxtəlif sahələrdə fəallığının və rolunun artırılması ilə bağlı məsələlər Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi xəttində də mühüm yer tutmaqdadır.

S.Əliyeva Azərbaycan ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində digər Ombudsman təsisatları, milli insan hüquqları institutları, o cümlədən Özbəkistanın Ombudsman institutu ilə sıx əməkdaşlıq etdiyini söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, istənilən demokratik cəmiyyətin xarakteri onun insan hüquqlarına münasibəti, xüsusilə onun tərkib hissəsi olan gender bərabərliyi, qadın hüquqlarına, uşaqların problemlərinə necə yanaşmasından asılıdır. Azərbaycanın bu sahədə gözəl tarixi ənənəsi var. Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olub. Müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə bərabər, qadınlara seçkilərdə iştirak etmək - seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunur. Azərbaycanda hər zaman gender bərabərliyi, qadınların inkişafı, onların hər cür təzyiqdən müdafiə olunması, təhlükəsiz mühitdə yaşaması üçün siyasət yürüdülüb.

Azərbaycanın tarixən tolerantlığı ilə seçilən ölkə olduğunu söyləyən Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov diqqətə çatdırıb ki, ölkəmizdə qadınlara seçki hüququ bir çox ölkələrdən qabaq verilib. “Bu gün qadınlar dövlətin bütün strukturlarında, eləcə də məhkəmə sistemində də təmsil olunurlar və məhkəmə sisteminin fəaliyyətinə öz töhfələrini verirlər. Son illərdə hakimliyə namizədlərin yüksək bilik və peşə vərdişi nümayiş etdirərək hakim adını qazananlar arasında qadınların sayı xeyli artıb. Sonuncu dəfə bu ilin yanvar ayında təyin olunan hakimlərin təqribən 40 faizini qadınlar təşkil edirdi və bu da ölkəmizdə qadınların ictimai həyatda artan rolunun əyani sübutudur”, - deyə Ali Məhkəmə sədrinin müavini vurğulayıb.

Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov deyib ki, hazırda prokurorluq orqanlarında 470 qadın əməkdaş fəaliyyət göstərir. Həmin əməkdaşların 99-u prokurorluğun əməliyyat işçiləridir, onlardan 207-si dövlət qulluqçusu, 127-si müqavilə əsasında və 37-si isə hərbi qulluqçu qismində fəaliyyət göstərirlər. Ümumilikdə, 10 nəfər qadın rəhbər vəzifədə işləyir. Həmin xanımlar prokurorluqda gender bərabərliyinin təmin edilməsində öz səylərini əsirgəmirlər.

Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Zix bildirib ki, AŞ ilə Azərbaycan dövlət qurumları arasında əməkdaşlıq uzun illərdir davam edir. Əməkdaşlıq layihələri daha çox hüquq sahəsindədir.

P.Zix qeyd edib ki, Türk dünyasının ilk qadın hüquqşünas və vəkili olan Sürəyya Ağaoğlu görkəmli şəxsiyyət olub. O, müsəlman dünyasında və bütün Avropa üçün nümunə olmalıdır.

Hibrid qaydada keçirilən və üç sessiyadan ibarət konfransda doqquz ölkənin Vəkillər kollegiyalarının rəhbər şəxsləri və nümayəndə heyətinin üzvləri gender bərabərliyi ilə bağlı müxtəlif mövzularda çıxışlar edib, mövcud problemlər, onların həll yolları barəsində məlumat veriblər və geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan və Özbəkistan Vəkillər kollegiyalarının birgə təşəbbüsü ilə keçirilən konfransda Türkiyə, Bolqarıstan, Gürcüstan, Hindistan, İrlandiya, Serbiya, Qırğızıstan, Qazaxıstan Vəkillər Kollegiyalarının rəhbər şəxsləri və nümayəndə heyətləri, habelə vəkillik sahəsində tanınan və ən nüfuzlu təşkilatlardan olan Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının, Avropa Vəkillər Assosiasiyasının, Asiya və Sakit Okean Hüquq Assosiasiyasının rəhbər şəxsləri, habelə hüquq müdafiəçiləri və bir sıra yerli dövlət və qeyri-dövlət qurumlarının rəhbər şəxsləri, “Yüksəliş” müsabiqəsinin qalibi Ramil Abulov, 200-dən çox vəkil iştirak edib.

Tədbirdə konfrans iştirakçıları tərəfindən “Gender bərabərliyinin təmin edilməsi üzrə” Birgə Bəyanat qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH