Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda II Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakı, 26 sentyabr, AZƏRTAC

Bakıda II “Türk Dövlətləri Aqrobiznes Forumu” keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC xəbər verir ki, tədbir Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı çərçivəsində təşkil olunub. Forumda təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin hökumət üzvləri, dövlət qurumlarının və aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə aqrar sahədə aparılan islahatlar və gələcək hədəflər barədə tədbir iştirakçılarına məlumat verib. Nazir qeyd edib ki, aqrar sahədə məhsuldarlığın daha da artırılması, iqlimə uyğun, yaşıl və rəqəmsal kənd təsərrüfatının yaradılması, həmçinin ixrac məhsullarının və coğrafiyasının şaxələndirilməsi bu sahənin dayanıqlı inkişafı üçün əsas prinsiplərindəndir.

Türk dövlətlərinin dünya miqyasında böyük iqtisadi gücə malik olduğunu deyən nazir Məcnun Məmmədov kənd təsərrüfatının bu iqtisadi gücün əsas mənbələrindən biri olduğunu vurğulayıb: “Sahib olduğumuz təbii ehtiyatlar, biomüxtəliflik, coğrafi yerləşmə və iqlim bizim aqrar potensialımızı daha da gücləndirir. Bu gün Türk dünyası iş adamlarının və rəsmilərinin bir araya gəldiyi Türk Dövlətləri Aqrobiznes Forumu ölkələrimiz arasında aqrar ticarət əlaqələrinin daha da güclənməsinə hədəflənib. Bizim siz iş adamlarından gözləntimiz bu prinsiplər əsasında əməkdaşlıq quraraq türk birliyinin iqtisadi gücünü daha da artırmaq və ərzaq təhlükəsizliyinə töhfə verməyinizdir”.

Nazir Məcnun Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunan ərazilərimizi “yaşıl enerji zonası” elan etdiyini və bu ərazilərin böyük aqrar potensiala malik olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, hazırda əsas məqsəd işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatına yararlı torpaqları minalardan təmizləyərək xəstəliklərdən azad, rəqəmsal və ən müasir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qurmaqdır. Nazir TDT ölkələrinin iş adamlarını Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında investisiya imkanları ilə tanış olmağa və burada ən yaxşı təcrübələr və texnologiyaları tətbiq etməyə çağırıb. O, həmçinin iş adamlarını xüsusi investisiya güzəştləri təklif edən yeni yaradılmış Ələt İqtisadi Zonasında beynəlxalq ixrac standartlarına cavab verən və müasir texnologiyalarla təchiz olunan TDT-nin brendinə çevriləcək birgə müəssisələrin yaratmaq imkanlarını da nəzərdən keçirməyə dəvət edib.

Tədbirdə çıxış edən TDT Baş katibi Kubanıçbek Ömüralıyev təşkilata üzv ölkələrin kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və aqrar potensial barədə məlumat verib. Baş katib qeyd edib ki, üzv ölkələrin nəqliyyat infrastrukturu və aqrar potensialından səmərəli istifadə iqtisadi inkişaf və ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı TDT-ni üzv ölkələr arasında kənd təsərrüfatı, qida, infrastruktur, nəqliyyat sahələrində əməkdaşlığı genişləndirən mühüm bir platforma adlandırıb. O, müasir çağırışlar fonunda mövcud çətinliklərin həlli üçün yol xəritələrinin hazırlanması və əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu, TDT üzvləri arasında olan strateji tərəfdaşlığın önəmli investisiyalara çevriləcəyinə inandığını bəyan edib.

Özbəkistanın kənd təsərrüfatı naziri Əziz Voitov vurğulayıb ki, üzv ölkələrin elmi-texnoloji, iqtisadi potensialı dayanıq inkişafa və ixrac coğrafiyasını genişləndirməklə qlobal bazarlara çatdırılmasına imkan verir.

Daha sonra Azərbaycanın kənd təsərrüfatı ilə bağlı hazırlanan videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Qırğızıstanın kənd təsərrüfatı nazirinin birinci müavini Murat Ramatov, Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Abilxayir Tamabek, Şimali Kipr Türk Respublikasının kənd təsərrüfatı və təbii sərvətlər naziri Hüseyn Çavuş, Azərbaycan Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu tədbirin üzv dövlətlər arasında aqrar sahədə əməkdaşlığın yeni istiqamətlərinin formalaşmasına, yeni investisiya imkanlarının təşviqinə və iş adamları arasında əlaqələrin güclənməsinə xidmət edəcəyini vurğulayıblar.

Daha sonra II Türk Dövlətləri Aqrobiznes Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib.

Qeyd edək ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılan və digər dost və qardaş üzv-dövlətlər tərəfindən dəstəklənən Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin ilk toplantısı Özbəkistanda keçirilib.

Bakıda II Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Qarabağ" hesabı bərabərləşdirdi - YENİLƏNİB-6

"Qarabağ" "Molde" ilə oyunda ciddi itkilərlə üzləşib

“COP28”-in prezidenti: İqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması üçün maliyyələşdirmə zəruridir

“Ariane-6” raketinin ilk uçuşu 2024-cü ilin yayına planlaşdırılıb

"Molde" - "Qarabağ" oyununda maraqlı hadisə baş verib

Quterreş: Bəşəriyyət iqlim böhranının astanasındadır

Komitə sədri beynəlxalq konfransın iştirakçıları ilə görüşüb

ABŞ və Almaniyada yaşayan azərbaycanlılar "Qarabağ"a dəstək olmaq üçün Moldeyə gəliblər

Sumqayıtda ölümlə nəticələn yol qəzası baş verib

XİN rəhbəri: BQXK-nin bölgədəki müşahidələri “gərgin humanitar vəziyyət”lə bağlı iddiaların əsassızlığını sübuta yetirib

“Molde” - “Qarabağ” matçının start heyətləri açıqlanıb

ATƏT PA-nın prezidentinə sülh sazişinin imzalanması ilə bağlı Azərbaycanın mövqeyi çatdırılıb

Şabranda yol kənarından silah-sursat tapılıb

Azərbaycan və Birləşmiş Krallıq arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

"InMerge İnnovasiya Sammiti": innovatorlar, aparıcı texnologiya şirkətləri, startaplar və investorlar bir arada

Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək

Portuqaliya şirkətləri Azərbaycanda bərpaolunan enerji layihələrində iştiraka dəvət edilib

Vyana Universitetində Azərbaycan aşıq yaradıcılığına dair interaktiv seminar keçirilib

Azərbaycan “OPEC plus”un 36-cı iclasında təmsil olunub

Milli Məclisin sədri: Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən olmasına baxmayaraq, bu sahədə ən az beynəlxalq dəstək alır

Sahibə Qafarova: Həmrəylik və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın təşviqi Prezident İlham Əliyevin müəyyən etdiyi strateji baxışın əsas elementlərindəndir

Azərbaycan və Almaniya parlamentləri arasında münasibətlərin inkişafı müzakirə olunub

Binəqədi rayonunda yanan bina polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb YENİLENİB VİDEO

“Reuters”: Braziliya 2024-cü ildə “OPEC+” alyansına qoşulacaq

Azərbaycanın ədliyyə naziri Belarusda səfərdə olub

Berlin şəhərində keçirilən Azərbaycan-Almaniya Forumunda ölkəmizin sülh təşəbbüslərindən danışılıb

Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmə keçirilib

Azərbaycanın səfiri etimadnaməsini Danimarka Kraliçasına təqdim edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının iclası keçirilib

Milli Məclisin sədri Berlində "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəni irsi" adlı sərgi ilə tanış olub

Skopyedə ATƏT Nazirlər Şurasının 30-cu iclası başlayıb

Media nümayəndələri özəlləşdiriləcək dövlət müəssisələrində olublar

Marneulidə AZƏRTAC-ın təşəbbüsü ilə “Heydər Əliyev və müasir Gürcüstan” mövzusunda konfrans və fotosərgi keçirilib

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası SABİ SUN Beynəlxalq məktəbində tibbi aksiya keçirib

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər yeni mənzilləri ilə tanış olublar

“InMerge Innovation Summit”: Süni intellekt və innovasiya potensialları kəşf olunur

Avropa Enerji Tənzimləyiciləri Şurasının ekspertləri AERA-da təcrübələrini bölüşüblər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb

İnsan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur

Hərbçilər arasında güləş üzrə dünya çempionatında ikinci günün qalibləri mükafatlandırılıb

"Azərbaycanda dağ-mədən sənayesinin inkişafı: reallıqlar, çağırışlar və perspektivlər" kitabının təqdimatı olub

Qanunvericiliyin tələblərini pozan dönərxanalarla əlaqədar məhdudiyyətlər tətbiq edilib

İtaliyada koronavirusa yoluxma halları kəskin artıb

Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib

Mirşahin Ağayev BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsi keçib

Dünya çempionatı: Azərbaycan güləşçiləri 2 qızıl, 1 gümüş medal qazanıblar

Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb   YENİLƏNİB -3 VİDEO

Kürdəmirdə fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb

Papa Fransisk səhhəti ilə bağlı açıqlama verib

Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının Qurultayı keçirilir

Misir nümayəndə heyəti “ASAN xidmət”də

Azərbaycan XİN-in rəhbəri: Ermənistanın qarayaxma kampaniyası sülhə xidmət etmir

İnkişaf və Diplomatiya İnstitutunun “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Kəşfiyyatçı Famil Məlikov: Bizə verilən mənzil ailəmizin böyük sevincinə səbəb oldu

® ABB və KPMG-Azərbaycanın təşkilatçılığı ilə “Rəqəmsal Ödənişlər Dialoqu” keçirildi

Ceyhun Bayramov isveçrəli həmkarını sülh danışıqlarının perspektivləri barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri macarıstanlı həmkarı ilə görüşüb

Sürünənlərin xarakterik növlərinin ekoloji şəraitə uyğunlaşmasında davranış dəyişiklikləri – seminar

Vüqar Kərimov: 2020-ci ildən sonra qarşımızda yeni çağırışlar yarandı

Göygöldə torpaqların idarə edilməsi sahəsində müzakirələr aparılıb

® “Azercell”in dəstəklədiyi İnformatika olimpiadaçıları payız məktəbində iştirak ediblər

Ceyhun Kərəmov: Növbəti illərdə peşə təmayüllü məktəblərin sayının 600-ə çatdırılması planlaşdırılır

Dekabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir

Azərbaycanın uğurlu “yaşıl enerji” siyasəti

2030-cu ilədək dünyada kömürlə işləyən elektrik stansiyalarının bərpaolunan enerji ilə əvəzlənməsi böyük gəlir gətirəcək

Bərdədə yük və minik avtomobili toqquşub

Qorxmaz İbrahimli: Azərbaycan COP28-də qurulmuş pavilyonu vasitəsilə lazımi hədəflərə nail olacaq

FinTex Alyansının sədri: Azərbaycan regionda innovasiyalar üzrə lider olmaq üçün böyük potensiala malikdir

® Kapital Bank depozit faizlərini artırdı

Elm və təhsil naziri: Uşaqların müdafiəsi idarəsi yaradılacaq

® Bakcell-in sponsorluğu ilə “İnnovasiya Sammit”i keçirilir

Birləşmiş Ərəb Əmirliklərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı işə başlayıb VİDEO

Emin Əmrullayev: Hazırda məktəblərdə qızılca ilə bağlı qapanmanın tətbiqi gözlənilmir VİDEO

AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib

Monteneqroda əhalinin siyahıyaalınması yenidən təxirə salınıb

Azərbaycan Kuboku: Səkkizdəbir final mərhələsinin bütün cütləri müəyyənləşib

Şəhid övladlarının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub

Xaçmazlı iş adamları şəhid anasına ev hədiyyə ediblər

Milli musiqi məhsulunun beynəlxalq platformalarda rəqabətliliyinin artırılması müzakirə edilib

Nazir: Növbəti tədris ili üzrə 31 min müəllimin sertifikatlaşdırma prosesindən keçməsi planlaşdırılır

Bələdiyyə sədri: Şəhid ailəsindən olan 6 nəfər işlə təmin olunub

AQTİ Tovuzda işə qəbul üçün vakansiya elan edir

“Nərimanov” elektrik deposunda yanğınların söndürülməsi üsulları izah edilib – TƏLİM

“Debüt” Uşaq teatrı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində çıxış edib

Zabit Yaşar Nəzərli: Təqdim edilən mənzil oğluma ən böyük ad günü hədiyyəsi oldu

"Zəngəzur Azərbaycandır: arxiv sənədlərinin dili ilə" layihəsinin təqdimatı olub

Transformatorun izolyasiya məntəqəsindən yumurta götürən qadını cərəyan vuraraq öldürüb

Emin Əmrullayev: Qarabağ Universitetində 16 ixtisas tədris olunacaq VİDEO

Azərbaycan-Serbiya əlaqələrinin gələcək inkişaf istiqamətləri müzakirə olunub

Nazir: Qarabağ Universitetində 2024-2025-ci tədris ilində 800-1000 tələbənin təhsil alması planlaşdırılır VİDEO

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi: Məktəblərin istiliklə təmin olunması prosesi yekunlaşıb

Tam istədiyiniz marketlər bu gün 7-ci filialını açıb

® Kapital Bank-ın yeni strategiyası haqqında ictimaiyyət məlumatlandırılacaq

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi

Sadiq Qurbanov: Mədənçilik sənayesində su uçotu aparılsa, daha yaxşı olar

Kriştianu Ronalduya qarşı 1 milyard dollarlıq iddia irəli sürülə bilər

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında olan dövlət qurumları təhlükəsiz internetlə təmin olunublar - EKSKLÜZİV

Bakı Şəhər Xalq Teatrları Festivalının qalibləri mükafatlandırılıb

UNEC İnklüziv Təhsil Mərkəzi yeni layihə təqdim edib

FHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçib