Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında 35 ölkədən idmançılar mübarizə aparacaqlar
Bakı, 11 may, AZƏRTAC
Mayda Bakı ilk dəfə gimnastikanın 2 növü üzrə birgə Avropa çempionatına ev sahibliyi edəcək. Belə ki, bu il bədii və aerobika gimnastikası üzrə qitə birinciliklərinin təşkili məhz Azərbaycan Gimnastika Federasiyasına (AGF) həvalə olunub.
AZƏRTAC AGF-yə istinadla xəbər verir ki, mayın 16-da Bakıda 4-cü dəfə (2007-ci, 2009-cu, 2014-cü, 2019-cu il) bədii gimnastika üzrə Avropa çempionatına start veriləcək. Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.
Yarışın ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə start veriləcək. Ertəsi gün yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Otuz beşinci Avropa çempionatının üçüncü günündə komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Turnirin sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastları müəyyənləşəcək.
Qeyd edək ki, çempionatda 35 ölkədən gimnastların iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [10:44]
Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı
- 14.10.2026 [10:31]
Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb
- 14.10.2026 [10:22]
“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq
- 14.10.2026 [10:13]
UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib
- 14.10.2026 [09:55]
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb
- 14.10.2026 [01:15]
Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub
“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər
- 13.10.2026 [23:40]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [23:19]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [22:52]
Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 13.10.2026 [21:47]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:40]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [21:23]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [21:21]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
- 13.10.2026 [21:03]
Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib
- 13.10.2026 [20:48]