İDMAN
Bakıda keçirilən beynəlxalq boks turnirində bütün yarımfinalçılar bəlli olub
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirdə 1/4 final mərhələsinə yekun vurulub.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarışın üçüncü günündə baş tutan döyüşlərin yekuna əsasən, daha 5 çəkidə yarımfinalçıların adlarına aydınlıq gəlib.
Azərbaycan millinin daha 6 boksçusu çıxışını qələbə ilə başa vurub. Yarımfinala vəsiqə qazanan idmançılar özləri üçün ən azı bürünc medalı təmin ediblər.
Qeyd edək ki, 7 komandanın iştirakı ilə keçirilən yarışın dördüncü günündə yarımfinal çərçivəsində 26 görüş olacaq. Turnirin qaliblərinin adlarına dekabrın 22-də aydınlıq gələcək.
1/4 final
57 kiloqram
Tağı Nəsibov (Azərbaycan) - Elbrus Kərimli (Azərbaycan) - 5:0
Ruslan Ruşanov (Azərbaycan) - Janseri Koşerbayev (Qazaxıstan) - ikinci tam üstünlüklə qalib gəlib
Məhəmmədəli Aşurəliyev (Azərbaycan) - Yazan Alqhamdi (Səudiyyə Ərəbistanı) - 5:0
Adam Macidov (Rusiya) - Maqomedrasul İbrahimov (Rusiya) - 0:5
63,5 kiloqram
Səid Yunusov (Özbəkistan) - Janqir Aldaberqenov (Qazaxıstan) - 5:0
Mehrab Abbasov (Azərbaycan) - Muhammed Miniqbayev (Tacikistan) - 3:1
Ruslan Qafurov (Tacikistan) - Saken Yermek (Qazaxıstan) - 5:0
Renat Krepştul (“Röyal” klubu, Litva) - İbrahim Zeynalov (Azərbaycan) - 3:2
67 kiloqram
Hüseyn Hacıyev (Azərbaycan) - Rustamjon Aşurov (Tacikistan) - 4:1
Rövşən Abbasov (Azərbaycan) - Abbasqulu Şadlinski (Azərbaycan) - ikinci tam üstünlüklə qalib gəlib
Dias Serikuli (Qazaxıstan) - Ayxan Zeynallı (Azərbaycan) - 5:0
Torexan Sabirxan (Qazaxıstan) - Abdulla Çerqesov (Rusiya) - 5:0
80 kiloqram
Şamil Saqidoldayev (Qazaxıstan) - İlfan Xəlilli (Azərbaycan) - birinci tam üstünlüklə qalib gəlib
Hüseyn Hüseynli (Azərbaycan) - Cavohir Mexriddinov (Özbəkistan) - 0:5
Feras Salem (Səudiyyə Ərəbistanı) - Şamil Nəcəfov (Azərbaycan) - ikinci tam üstünlüklə qalib gəlib
Tunar Cəfərov (Azərbaycan) - Madiyar Behultanov (Qazaxıstan) - ikinci tam üstünlüklə qalib gəlib