BAKIDA KONSTİTUSİYA GÜNÜNƏ HƏSR OLUNMUŞ SU POLOSU ÜZRƏ TURNİR BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının hovuzunda Azərbaycan və Gürcüstan klublarının iştirakı ilə 12 Noyabr - Konstitusiya gününə həsr olunmuş su polosu üzrə turnir başlamışdır.
Noyabrın 10-da yarışların rəsmi açılış mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndələri idmançılara uğurlar arzulamış, artıq ənənə halını alan bu turnirin əhəmiyyətindən danışmışlar.
Dairəvi sistem üzrə keçirilən yarışda Azərbaycanın 3 komandası ilə yanaşı, Tbilisinin “Martve” və “Spektr” klubları da mübarizə aparırlar.
Qonaq komandaların məşqçiləri də yarışın yüksək səviyyədə təşkilindən razılıqlarını bildirirlər. “Martve” klubunun baş məşqçisi Nodar Çaxarkaşvili turnirin yüksək səviyyədə təşkil ilə yanaşı, Bakıda böyük ehtiramla qarşılandıqlarından məmnunluğunu ifadə etmişdir. Qonaq komandanın məşqçisi demişdir ki, hər il yarışın artan səviyyəsi Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən böyük diqqət yetirildiyini sübut edir.
Yarışların baş hakimi və Azərbaycan yığma komandasının baş məşqçisi Azər Bayramov ölkəmizin artıq bir neçə klubunda idmanın bu növü üzrə layiqli ehtiyat qüvvənin yetişdiyini bildirmişdir. O demişdir ki, belə yarışlar gənc istedadların aşkarlanmasına kömək göstərəcəkdir. Bu yarışdan sonra yeniyetmələrdən ibarət yığma komanda formalaşdırılacaqdır. Məhz həmin komanda 2010-cu ildə Rusiyada keçiriləcək yeniyetmələrin dünya Olimpiadasında Azərbaycan millisinin əsasını təşkil edəcəkdir.
Bakı turniri noyabrın 12-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]