Bakıda Müzəffər Nərimanov küçəsində aparılan təmir işləri yekunlaşıb
Bakı, 30 mart, AZƏRTAC
Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Nizami rayonu, Müzəffər Nərimanov küçəsində (Heydər Əliyev prospektindən Pəhlivan Fərzəliyev küçəsinə qədər olan hissədə) cari təmir işlərinin icrası yekunlaşıb.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir çərçivəsində uzunluğu 325 metr təşkil edən sözügedən hissədə köhnə və yararsız asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.