Bakıda oğurluq edən şəxslər saxlanılıblar
Bakı, 3 sentyabr, AZƏRTAC
Paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus 4 min 300 manat nağd pul və 5 min manat dəyərində dekorativ metal avadanlıqlar oğurlanıb. Bu barədə zərərçəkmiş şəxslər polisə məlumat veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı R. Məmmədov və 50 yaşlı V. Mustafayev saxlanılıblar.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakininin velosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R. Şirinov tutulub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:05]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]