BAKIDA “XƏZƏR DÜNYANIN ÇOXQÜTBLÜ MƏRKƏZİDİR” FORUMU KEÇİRİLƏCƏKDİR
Bildirilmişdir ki, sentyabrın 21-dən 23-dək keçiriləcək forumda Xəzərətrafı ölkələrin dövlət və hökumət nümayəndələri ilə yanaşı, elm və mədəniyyət xadimləri də iştirak edəcəklər. Tədbirdə əsasən, mədəni, ekoloji və turizm məsələlərinə diqqət yetiriləcəkdir. Məqsəd dünya ictimaiyyətinin diqqətini Xəzərin problemlərinə cəlb etmək və bu problemlərin həllində Xəzərətrafı dövlətlərin birliyinə nail olmaqdır.
Forumda Azərbaycan, Rusiya, İran, Türkmənistan, Qazaxıstan, Gürcüstan kinematoqrafçılarının Xəzərlə bağlı çəkdikləri filmlər nümayiş etdiriləcəkdir.
Forumun keçirilməsini Nikoil İnvestisiya Kommersiya Bankı maliyyələşdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]