Bakıdakı “AGF Trophy”də ilk mükafatçılar bu gün bəlli olacaq
Bakı 4 aprel, AZƏRTAC
Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri davam edir.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışın ikinci günündə ilk mükafatçılar bəlli olacaq.
Gənclər və böyüklər kateqoriyalarında komanda hesabında, fərdi çıxışlarda və qrup hərəkətlərində medallar öz sahiblərini tapacaq.
Ölkəmizi bu turnirdə Azadə Atakişiyeva, Fidan Qurbanlı, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Ayla İsgəndərli, Nuray Muradlı və Gülnur Məmmədli təmsil edirlər.
İlk günün təsnifat mərhələsinə əsasən halqa ilə proqramda Gövhər İbrahimova və Kamilla Seyidzadə, top ilə proqramda Kamilla Seyidzadə, Fidan Qurbanlı və Azadə Atakişiyeva final mərhələsinə yüksəliblər.
15 ölkədən gimnastların mübarizə apardığı turnirə aprelin 5-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [18:49]
Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb
- 02.11.2026 [16:31]
“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq
- 02.11.2026 [16:27]
Azərbaycan basketbol millisi Serbiyaya yollanır
- 02.11.2026 [15:05]
Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib
- 02.11.2026 [15:00]
Azərbaycan idmançısı IMMAF Dünya Çempionatında ilk qələbəsini qazanıb
- 02.11.2026 [13:37]
“Vikinq”-“Sabah” oyununun hakimləri müəyyənləşib
- 02.11.2026 [13:06]