Bakıdakı Rus evində “Psixomatika: fiziki xəstəliklərin mənəvi səbəbləri” mövzusunda mühazirə keçirilib
Bakı, 8 sentyabr, AZƏRTAC
“Əsl tibb” layihəsi çərçivəsində Bakıdakı Rus evində “Psixosomatika: fiziki xəstəliklərin mənəvi səbəbləri” mövzusunda mühazirə keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə Rus evinin dəstəyi ilə Azərbaycanın Rus Gəncləri Assosiasiyası, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Azərbaycanın Milli Elmlər Akademiyası tərəfindən birgə həyata keçirilir.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının “sənaye əczaçılığı” istiqamətinin magistrantı, əczaçı Əli Zərbəliyev mühazirə ilə çıxış edib. O, xüsusən, fikir və emosiyaların müxtəlif xəstəliklərə səbəb ola biləcəyini göstərən maraqlı tədqiqatlardan danışıb.