BAKILILAR HİND MİLLİ MUSİQİ ALƏTLƏRİ İLƏ TANIŞ OLA BİLƏCƏKLƏR
Hindistanın 12 milli musiqi aləti Bakıya gətirilmişdir. Bu ölkənin Bakıdakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, həmin alətlər Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə ediləcəkdir.
Dünya xalqlarının milli musiqi alətləri ekspozisiyasında nümayiş etdirilmək üçün gətirilmiş xalq çalğı alətlərinin muzeyə təqdim olunması münasibətilə mərasim keçiriləcəkdir.