Bakının əhalisinin sayı 16,5 min nəfər artıb
Bakı, 2 iyun, AZƏRTAC
İlin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 16,5 min nəfər artaraq 2018-ci il aprel ayının 1-i vəziyyətinə 2 milyon 266 min nəfərə çatıb.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Əhalinin bir kvadratkilometrə düşən sayı 1058 nəfər olub.
Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 7 min 268 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,0 təşkil edir. Doğulan körpələrin 78-i əkiz, 2-si üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).
Birinci rübündə Bakı şəhərində 3 min 576 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi eyni qalıb (6,4).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]