“Baku Fayt Lab” klubunun açıq birinciliyinin ilk gününün yarışlarına yekun vurulub
Bakı, 20 dekabr, Leyla Qurbanova, AZƏRTAC
“Baku Fayt Lab” klubunun təşkilatçılığı ilə yeniyetmələr arasında boks üzrə klubun açıq birinciliyinin ilk gününün yarışları başa çatıb.
“Baku Fayt Lab” klubunun baş məşqçisi Rasim Məmmədovun AZƏRTAC-a verdiyi məlumata görə, yarışların birinci günündə 49, 52, 56, 60, 64, 69, 75 kiloqram çəki dərəcələrində ilkin qarşılaşmalar keçirilib. Baş məşqçi bildirib ki, bəzi çəki dərəcələrində, əsasən, 60, 64, 69 kiloqram çəkilərdə İraq boksçuları fərqləniblər. Sabah dörddəbir, dekabrın 21-i isə yarımfinal qarşılaşmaları keçiriləcək. Açıq birinciliyin final yarışları dekabrın 22-də baş tutacaq.
Turnirdə ölkəmizin şəhər və rayonlarından, eləcə də İraq dövlətindən, ümumilikdə 20 komandanın tərkibində 100-ə yaxın idmançı qüvvəsini sınayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]