Balakəndə piyadanın ölümü ilə nəticələnən qəza baş verib
Balakən, 14 aprel, AZƏRTAC
Balakəndə yolu keçən piyadanı avtomobil vurub. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral avtomobil yolunun Katex kəndindən keçən hissəsində baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Mahamalar kənd sakini, 1986-cı il təvəllüdlü Şaban Ramazanov idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1975-ci il təvəllüdlü Nazxanım Qalayçiyevanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 50 yaşlı qadın Təcili Tibbi Yardım briqadasının köməyilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:54]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub VİDEO
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]