Balakənli gənclər Şəhidlər xiyabanında səliqə-sahman işi aparıblar
Balakən, 21 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri karantin dövründə, xüsusilə müəyyən zəruri məhdudlaşdırıcı tədbirlərin sərtləşdirildiyi günlərdə vətəndaşların, o cümlədən şəhid ailələrinin hərəkət və yaşayış yerini tərk etmək imkanlarının məhdudlaşdığını nəzərə alaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarlarını ziyarət edib, Şəhidlər xiyabanında səliqə-sahman işi aparıblar.
Mərkəzin direktoru Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aksiya çərçivəsində gənc könüllülər şəhidlərin məzarlarına qulluq edib, qəbirlərin ətrafını təmizləyib, ərazini səliqəyə salıblar.
Gənc könüllülərin bu nəcib aksiyası şəhidlərin ailələri tərəfindən rəğbətlə qarşılanıb.