BALAKƏNLİLƏR SEÇKİLƏRİN NƏTİCƏLƏRİNİNOBYEKTİV VƏ REAL OLDUĞUNU BİLDİRİRLƏR
111 saylı Zaqatala-Balakən seçki dairəsinin Mahamalar kəndində yerləşən 36 saylı seçki məntəqəsində səs verən təhsil işçisi, avar xalqının nümayəndəsi Jeerey Çobanova, 109 saylı Balakən seçki dairəsinin 2 saylı məntəqəsində səs verən əməkdar müəllim Sara Dünyamalıyeva, həmin dairənin Qullar kəndindəki 9 saylı seçki məntəqəsində öz seçimini edən Böyük Vətən Müharibəsi veteranı, əlil, el ağsaqqalı Abdurahman Ramazanov və eləcə də yüzlərlə sadə seçici, ziyalı, təhsil işçisi və digər peşə sahibləri son parlament seçkilərinin yüksək səviyyədə və beynəlxalq standartlara uyğun keçirildiyini bildirir, Azərbaycanın işıqlı gələcəyinə, sabitliyə və əmin-amanlığa səs verdiklərini dönə-dönə vurğulayır, Yeni Azərbaycan Partiyasının seçkilərdəki tarixi qələbəsi münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirlər.
Balakənli seçicilər seçkilərin azad, şəffaf və demokratik keçməsində Prezident İlham Əliyevin 11 may və 25 oktyabr tarixli sərəncamlarının müstəsna əhəmiyyətini çox yüksək qiymətləndirir, radikal müxalifətin parlament seçkilərinin nəticələri üzərinə kölgə salmaq və sabitliyi pozmaq cəhdlərini qətiyyətlə pisləyir, onları öz məğlubiyyətlərini etiraf etməyə səsləyirlər.