Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balın qiyməti 20-70 manat arasındadır – YARMARKADAN REPORTAJ

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb. Sentyabrın 29-dək davam edəcək yarmarka hər gün saat 09:00-dan 19:00-dək alıcılar üçün açıq olacaq. Burada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb. Yarmarkada iştirak üçün hər bir arıçıya minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.

AZƏRTAC-ın əməkdaşları yarmarkaya baş çəkərək vəziyyəti yaxından müşahidə edib. Məlum olub ki, cənub bölgəsinin arıçıları digər bölgələrlə müqayisədə sayca daha çoxdur. Bunun səbəbi həmin bölgədə arı təsərrüfatının çox olması ilə əlaqədardır.

Bal yarmarkasının ərazisində ilk sırada Qarabağ, Şərqi Zəngəzur bölgəsinin arıçılıq məhsulları yer alıb. Axı 3 ildir ki, işğaldan azad olunmuş ərazilərdə yaylaqlara təsərrüfatlarını köçürmüş arıçılar da öz məhsullarını yarmarkada satışa çıxara bilirlər.

Yarmarkada öz təbiətinin bitki örtüyü ilə zəngin olan Kəlbəcər balına marağın daha yüksək olması diqqətimizi çəkir.

Kəlbəcər balının satıldığı stendə yaxınlaşıb İstisuda arıçılıq təsərrüfatını yaradan və bu işlə 25 ildir məşğul olan Elçin Nağıyevlə həmsöhbət oluruq. Arıçı iki böyük arı təsərrüfatının olduğunu bildirərək onlardan birinin Daşkəsəndə, digərinin isə Kəlbəcərdə yerləşdiyini deyib:

“Məhsulumuz tam təbiidir. Yemləmədən istifadə etməmişik. Ona görə də satdığım məhsulların tam təbii olmasına cavabdehəm. Qeyd edim ki, Kəlbəcər balının qiyməti 50 manatdır. Daşkəsən balının isə xərcləri az olduğuna görə qiyməti 35-40 manat arasında dəyişir. Şan balının da qiyməti isə 50 manatdır”, - deyə arıçı deyib.

Kəlbəcər arıçılığını yarmarkada təmsil edən digər iştirakçı Mətləb Kərimov bu işlə 2008-ci ildən məşğul olduğunu deyib. Qeyd edib ki, alıcılar Kəlbəcər təbiətinin zənginliyinə görə bu bölgədən olan məhsullara daha çox üstünlük verməlidir. Onun satdığı balın qiymətləri isə 35-40 manat arasında dəyişir.

Öz atasından miras qalan arıçılıq təsərrüfatını davam etdirən Telman Musayev isə yarmarkada Füzuli rayonunu təmsil edir. O arıçılıq təsərrüfatını Hadrut və Xocavənd ərazisində yerləşdirib:

“Artıq 3 ildir ki, işğaldan azad edilmiş ərazilərdə arıçılıq təsərrüfatları yerləşir. Şükürlər olsun ki, bu il məhsuldarlıq yaxşı oldu. Qeyd edim ki, arını başqa təsərrüfata köçürməzdən əvvəl onun yer seçimi düzgün aparılmalıdır. Nektar mənbəyini tapmaq və təsərrüfatı ora köçürmək lazımdır ki, bol məhsul əldə olunsun. İllərdir ki, arıçılıqla məşğul olduğumuz üçün bu prinsiplərə əməl edirik. Qiymətlər isə bazar standartlarına uyğundur. Arıçılıq məhsullarının xərcləri çoxdur. Təsərrüfatın daşınması, lazım olan ləvazimatların, dərmanların alınması balın qiymətinə təsir edir. Hazırda qiymətlər 30-40 manat arasında dəyişir. Məlumdur ki, balın növü, ətri, dadı bitkilərə məxsusdur. Bitkilər isə ərazilərə görə dəyişir. Bitki tərkibi zəngin olan ərazilərin ballarına üstünlük vermək lazımdır. Çünki balın tərkibində gülün, çiçəyin nektarı nə qədər çoxdursa onun tərkibi bir o qədər zəngindir”, - deyə təsərrüfatçı bildirib.

Laçınlı, 18 ildir ki arıçılıq təsərrüfatı ilə məşğul olan Osman Nəsibov da satışa çıxardığı balların keyfiyyətindən əmindir:

“Hazırda Qaxda yaşayıram. Təsərrüfatımı yay mövsümündə Laçında anadan olduğum kəndə aparıram. Ümumilikdə 300 kilometr yol qət edirəm. Arılarımız dağlardakı çəmən çiçəklərindən məhsul toplayır. Balın qiymətləri 30-50 manat arasında dəyişir. Şan balının qiyməti isə bir qədər yüksəkdir. Alıcıların istəklərini nəzərə alaraq qiymətlərdə endirim də edirik. Yarmarka hələ dünəndən açılıb, hələ alıcı qüvvəsi zəifdir, yəqin ki həftəsonu insanlar yarmarkaya daha çox gələcək”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov jurnalistlərə müsahibəsində balın qiyməti ilə bağlı məsələyə münasibət bildirib. V.Hüseynov qeyd edib ki, balın qiyməti arıçıların özləri tərəfindən müəyyənləşdirilir. Bildirib ki, yarmarkada aparılan ilkin monitorinqə görə, qiymətlər 20-70 manat aralığında dəyişir.

“Ballar çeşidlərinə görə fərqləndiyi üçün qiymətlər də ona görə müəyyənləşir. Məsələn, Azərbaycanda çox az olan, əsasən dərman kimi istifadə olunan şabalıd balının qiyməti həmişə yüksəkdir. Bilirsiniz ki, arıçılıq təsərrüfatı mövsüm ərzində bir yerdə fəaliyyət göstərmir, belə ki arıçılar təsərrüfatlarını müxtəlif regionlara köçürürlər. Ona görə də nəqliyyat, dərman xərcləri yaranır. Öz təsərrüfatlarından yüksək məhsuldarlıq əldə etmiş arıçılar məhsullarını daha münasib qiymətə satırlar. Ümumiyyətlə isə ötən illərin təcrübəsi göstərir ki, yarmarkanın əvvəllərində arıçılıq məhsulları müxtəlif qiymətlərə təklif edilir. Növbəti günlərdə isə həm vətəndaşların alıcılıq qabiliyyəti, həm də satış səviyyəsinə uyğun olaraq qiymətlər orta səviyyədə stabilləşir”, - deyə nazirliyin rəsmisi bildirib.

Mətbuat katibi, həmçinin yarmarkada satılan balların keyfiyyət göstəricilərinə də münasibət bildirib. V.Hüseynov vurğulayıb ki, yarmarkada iştirak etmək hüququ qazanan fermerlər öz məhsullarını Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin xüsusi anbarlarına gətirib təhvil verirlər:

“Daha sonra arıçıların iştirakı ilə məhsullardan anonim şəkildə analiz götürülür və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunur. Analiz nəticələri məlum olduqda standartlara cavab verməyən məhsulların yarmarkaya çıxarılmasına icazə verilmir. Belə olduğu halda, arıçının yarmarkada iştirakı qadağan olunur. Standartlara uyğun gəlməyən məhsul arıçıya yarmarka bitdikdən sonra təhvil verilir. Bu, ona görə edilir ki, arıçı keyfiyyətsiz məhsulunu nəinki yarmarkada, həmçinin onun ətrafında və digər ərazilərdə sata bilməsin. Tam əminliklə deyə bilərik ki, yarmarkada satılan arıçılıq məhsullarının hamısı ən yüksək keyfiyyətdədir. Alıcılardan da xahiş edirik ki, yarmarkaya gələrkən satıcılardan məhsulların analiz göstəricilərini tələb etsinlər”, - deyə V.Hüseynov diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur