BALİTSE HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Krakov şəhərində keçiriləcək Enerji sammitində iştirak etmək üçün Polşa Respublikasına işgüzar səfərə gəlmişdir.
Krakovun Balitse hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Polşanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, Krakov şəhərinin rəhbərliyi böyük hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyevə gül dəstəsi təqdim olundu.