Baltikyanı ölkələr və Polşa üçüncü ölkə ilə sərhədlərin açılmasını müzakirə ediblər
Tallinn, 18 iyun, AZƏRTAC
Litvanın paytaxtı Vilnüsdə keçirilən görüşdə Estoniya, Latviya, Litva və Polşanın Xarici İşlər nazirləri Avropa İttifaqının (Aİ) üçüncü ölkəsi ilə sərhədlərin açılması şərtlərini müzakirə ediblər.
AZƏRTAC Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, müzakirə zamanı böhrandan sonrakı dövrdə iqtisadiyyatın, regional münasibətlərin və təhlükəsizliyin bərpası yolları barədə də danışılıb.
“Avropa İttifaqında qəti şərtlər ortaya qoymalıyıq və bu şərtlər əsasında üçüncü ölkələrin sakinlərinin yenidən bizim ölkəyə gəlməsinə icazə verməliyik”, - deyə Estoniyanın Xarici İşlər naziri Urmas Reynsalu söyləyib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]