BANK RESPUBLİKA AYİB-LƏ 2 MİLYON ABŞ DOLLARI MƏBLƏĞİNDƏ NÖVBƏTİ KREDİT MÜQAVİLƏSİ İMZALAMIŞDIR
Bu proqram çərçivəsində dəyəri 1 milyon ABŞ dolları olan ilk razılaşma 2004-cü ilın sentyabrında əldə edilmişdir. Bunun ardınca AYİB Bank Respublikaya ticarətin maliyyələşdirilməsi proqramı (TFP) çərçivəsində 1,5 milyon dollar kredit vermişdir. Beləliklə, yeni müqavilə nəzərə alınmaqla, AYİB-in Bank Respublikaya ayırdığı kreditin ümumi məbləği 4,5 milyon dollara çatmışdır.
AYİB-in Bakıdakı nümayəndəliyinin rəhbəri Reymond Konvey və maliyyə qurumları ilə iş üzrə biznes qrupun direktoru Kurt Geyqerin iştirak etdiyi imzalanma mərasimindən sonra tərəflər ölkəmizin maliyyə-kredit bazarında mövcud vəziyyət barədə fikir mübadiləsi aparmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:13]
Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir
- 06.10.2026 [14:02]
Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq
- 06.10.2026 [13:41]