Azərbaycan Dövlət İnformasiya Agentliyi

Banklar Assosiasiyası: Kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək

Banklar Assosiasiyası: Kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək

Bakı, 12 may, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2020-ci il 23 aprel tarixli qərarı ilə koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul edilib. Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov AMB-nin qərarına, eləcə də güzəştlər, bu güzəştlərin tətbiq olunacaq sahələrə dair AZƏRTAC-ın suallarını cavablandırıb.

- Xahiş edirik güzəştlər və bu güzəştlərin tətbiq olunacağı sahələrdən danışasınız.

- Bu qərar bir çox istiqamətdə - pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, pandemiyadan təsirlənmiş fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi, bankların requlyativ yükünün azaldılması, kreditləşdirmə imkanlarının artırılması vә maliyyə dayanıqlılığının qorunması, bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması, bankları öz vәsaitlәri hesabına ipoteka kreditləri verməyə stimullaşdırmaq, iqtisadi subyektlәrin ödəniş xidmətləri üzrә xərclərinin azaldılması, eyni zamanda, sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi vә sığorta olunanların hüquqlarının qorunması, pandemiyanın kapital bazarı iştirakçılarına mәnfi tәsirinin azaldılması istiqamətində tədbirləri nəzərdə tutur.

- Sahibkarlıq subyektlərinin dəstəklənməsi istiqamətində əlavə tədbirlər hansı güzəştlərin tətbiqini nəzərdə tutur?

- Dəstəkləyici tədbirlər yalnız pandemiyadan təsirlənmiş sahibkarlara aiddir. İqtisadiyyatın pandemiyadan təsirlənmiş sahələrinin siyahısı İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilib. Bu sahələrə aid hüquqi şəxs sahibkarlar, o cümlədən sahibkarlıqla məşğul olan fiziki şəxslərə banklar və digər kredit təşkilatları tərəfindən verilmiş, bu il martın 1-nə keyfiyyəti qənaətbəxş olan, yəni bu müddətədək gecikməsi olmayan, Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən faizləri subsidiyalaşdırılan (subsidiya meyarlarına uyğun gəlməsi kifayətdir, o ana subsidiyalaşdırılmaya da bilər) kreditlər, həmin sahibkarların mütləq qaydada banklara müraciəti ilə 2020-ci il sentyabrın 30-dək restrukturizasiya oluna bilər. Restrukturizasiya dedikdə, yəni kreditin müddətinə, ödəniş qrafikinə bankla müştəri arasında əldə olunmuş qarşılıqlı razılığa əsasən yenidən baxıla bilər. Bu, eyni zamanda, belə sahibkarların dövlәt fondlarından, yəni Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit vә İnkişaf Agentliyi, İpoteka və Kredit Zəmanət Fondunun vәsaitlәri hesabına aldıqları kreditlərə də aiddir. Bu kreditlər üzrə də martın 1-nə qədər gecikmə olmayıbsa, fondların razılığı әsasında (fondların müvafiq normativ sənədlәrinə düzəliş edilməklə) restrukturizasiya həyata keçirilə bilər vә bu halda da borcalanın maliyyә vәziyyətindәn asılı olmayaraq kreditin keyfiyyәti pislәşdirilmir. Pandemiyadan təsirlənmiş bütün sahibkarlar kredit öhdәliklәrini, əsas borc vә ya faiz borcunu, yəni ikisində birini tam və ya qismən gecikdirdikdə, belə sahibkarlardan әlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin sentyabrın 30-dək hesablanmaması və tutulmaması Mərkəzi Bank tərəfindən banklara tövsiyә edilib. Həmçinin bu halda sahibkarın kredit tarixçəsi pisləşdirilmir, yəni sentyabrın 30-dək sahibkar barədə mənfi mәlumatlar kredit bürosu tərəfindən nəzərə alınmır. Xüsusilə qeyd etmək istəyirəm ki, bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.

- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərin dəstəklənməsi istiqamətində əlavə tədbirlər nə kimi güzəştlərin tətbiqini nəzərdə tutur?

- Bu halda dəstəkləyici tədbirlər yalnız pandemiyadan təsirlənmiş fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) kreditlərinə aiddir. Burada iki yanaşma var: birincisi, İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üçün restrukturizasiya imkanlarının yaradılmasına aiddir. Belə kreditlər də borcalanların, yəni pandemiyadan təsirlənmiş sahələrə aid fiziki şəxs bank müştərilərinin banklara müraciəti əsasında restrukturizasiya olunacaq. Əgər kredit martın 1-dək verilib və həmin tarixə qədər keyfiyyəti qənaətbəxş olmuşdursa, yəni kredit üzrə gecikməyə yol verilməyibsə, belə kreditlərin restrukturizasiyası fondun razılığı әsasında (bu mәqsәdlә fondun müvafiq normativ sәnәdlәrinә dәyişiklik etmәklә) sentyabrın 30-dək həyata keçirilir və bu kreditlərin keyfiyyəti pisləşdirilmir. Yəni, bank tərəfindən öz vəsaiti hesabına belə kreditlərə görə ehtiyat yaradılmır. Həmçinin kredit öhdәliklәrinin (İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə әsas borc vә faiz ödәnişlәrinin) tam vә ya qismәn gecikdirilmәsi halında borcludan әlavә cәrimә faizi, dәbbә pulu vә digәr ödәnişlәrin tutulmaması Mərkəzi Bank tərəfindən banklara tövsiyә edilir. Bundan əlavə, pandemiya ilә әlaqәdar kredit borcunu gecikdirәn borcalanlar üzrә neqativ mәlumatlar sentyabrın 30-dək kredit bürosuna xüsusi qeydlә tәqdim olunur, borcalanın kredit tarixçәsi pislәşdirilmir. Qeyd etdiyim kimi, birinci yanaşma yalnız pandemiyadan təsirlənmiş fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına aldıqları ipoteka kreditlərinə aiddir.

İkinci yanaşma isə digər istehlak kreditlərinə (bankların öz vəsaitləri hesabına verdikləri ipoteka krediti də daxil olmaqla) aiddir. Digər istehlak kreditləri halında isə qeyd edə bilərəm ki, kreditin keyfiyyətinin pisləşdirilməməsinə dair tövsiyə digər istehlak kreditlərinə hazırkı mərhələdə tətbiq edilmir. Yəni, bu kreditlər üzrə keyfiyyətin pisləşməsi olduqda bank öz vəsaiti hesabına belə kreditlərə görə ehtiyat yaratmalıdır. Amma buna baxmayaraq, bankın öz daxili imkanları nəzərə alınmaqla və bankın mülahizəsinə uyğun olaraq belə kreditlər üzrə öhdәliklәrin (әsas borc vә ya faiz borcunu) tam və ya qismәn gecikdirilmәsi halında, borclunun mütləq qaydada banka müraciəti əsasında ondan sentyabrın 30-dək әlavә cәrimә faizi, dəbbə pulu vә digər ödənişlərin tutulmaması və borcalanın kredit tarixçəsi pisləşdirilməməsi Mərkəzi Bank tərəfindən banklara tövsiyә edilir.

Xüsusilə qeyd etmək istəyirəm ki, bu müddət ərzində fiziki şəxslərin kreditlərinə aid olan hər iki halda kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.

- Bankların öz vəsaitləri hesabına 2020-ci il aprelin 1-dək verilmiş ipoteka kreditləri üzrə risk əmsalının 100 faizdən 50 faizədək azaldılması barədə qərarı nəyi nəzərdə tutur və bu banklara verilən yumşaldıcı qərar vətəndaşlara nə kimi təsir edə bilər?

- Qəbul edilmiş qərarda əsas məqamlardan biri də bankların öz vәsaitlәri hesabına 2020-ci il aprelin 1-dək verilmiş ipoteka kreditlәri üzrә risk koofisentinin 100 faizdәn 50 faizədək azaldılmasıdır. Burada bankların İpoteka vә Kredit Zәmanәt Fondunun vәsaitlәri hesabına verdikləri ipoteka kreditlərinin faiz dərəcəsi bankların öz daxili vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin faiz dərəcəsindən azdır. Bu qərarı məhz bankların öz daxili vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin faiz dərəcəsinin tənzimlənməsinə, vətəndaşlara daha əlverişli şərtlərin təqdim edilməsinə qulluq edən bir qərar hesab etsək yanılmarıq.

- Qərarda bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması nəzərdə tutulub. Bu hansı sahələrdir və qərar bu sahənin inkişafına nə kimi təsir göstərə bilər?

- Qərarda daha bir məqam tibbi lәvazimat vә avadanlıqlar istehsalçılarına verilәn kreditlәrinin risk səviyyəsinin 100 faizdən 20 faizədək azaldılmasıdır. Bu da bu sahəyə banklar tərəfindən daha əlverişli şərtlərlə və daha az kapital sərf etməklə kredit ayırmaqla sahənin inkişafına dəstək olacaq.

- Koronavirus pandemiyası dövründə iqtisadi subyektlərin ödəniş xidmətləri üzrə xərclərinin azaldılması nə ilə bağlıdır. Bu məsələni aydınlaşdırmağınızı xahiş edirik.

- Burada məqsəd ölkədə nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və xərclərin azaldılmasıdır. Belə ki, qərara əsasən sentyabrın 30-dək banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqları 50 faizə qədər endiriləcək. Bu isə, öz növbəsində, bank müştərilərinə göstərilən ödəniş xidmətləri üzrə tariflərin analoji qaydada azaldılması, eləcə də sahibkarların ödəniş kartlarının qəbulu üzrə tariflərinin endirilməsi tədbirləri nəzərdə tutulur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib