Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş nazir Əli Əsədov “Düşənbə-2023” Beynəlxalq İnvestisiya Forumunda iştirak edib

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində “Düşənbə-2023” Beynəlxalq İnvestisiya Forumu keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov forumun işində iştirak edib.

Forumun açılışında Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun tədbir iştirakçılarına videomüraciəti yayımlanıb.

Tədbirdə çıxış edən Ə.Əsədov “Düşənbə-2023” Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyətini qeyd edib. O bildirib ki, forum investisiya və biznes sahələrində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi, həmçinin Tacikistanın iqtisadi potensialı və sərmayə imkanları ilə tanış olmaq baxımından effektiv beynəlxalq platformadır.

Ə.Əsədov forum iştirakçılarına Azərbaycanın iqtisadi inkişafı və əlverişli investisiya mühiti barədə məlumat verib.

O vurğulayıb ki, ölkə iqtisadiyyatı 2022-ci ildə 4,6 faiz artaraq rekord səviyyəyə - təqribən 80 milyard ABŞ dollarına çatıb. Qeyri-neft və qaz sektorunda 9,1 faiz artım qeydə alınıb. Hazırda ölkənin strateji valyuta ehtiyatları 67 milyard dollardan çoxdur. Azərbaycanın xarici borcu böyük həcmdə azalaraq ÜDM-in 9,3 faizinə düşüb.

Qeyd edilib ki, hökumət iqtisadiyyata investisiyaların stimullaşdırılması məqsədilə müasir texnologiyalardan istifadə etməklə və qabaqcıl beynəlxalq təcrübəni nəzərə alaraq, “açıq qapı” siyasəti yürüdür.

Forum iştirakçılarına dövlət tərəfindən vergi yükünün azaldılması, inzibati əngəllərin aradan qaldırılması və hüquqi bazanın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Ə.Əsədov deyib: “Azərbaycanda yaradılan əlverişli investisiya mühiti xarici investorlar üçün də geniş perspektivlər açır, belə ki, ölkədə yerli və əcnəbi sahibkarlar üçün bərabər imkanlar təmin olunub.

Baş nazir tacik investorları əlverişli biznes mühiti, xüsusi vergi və gömrük rejimləri, fiskal və qeyri-fiskal güzəştlər paketi təklif edən yeddi sənaye parkı, habelə Ələt Azad İqtisadi Zonasının imkanları ilə yaxından tanış olmağa dəvət edib.

Diqqətə çatdırılıb ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat arteriyalarının kəsişməsində unikal coğrafi mövqedə yerləşməsi və infrastruktur potensialına malik olması Ələt Azad İqtisadi Zonasını dünya miqyaslı biznes platformasına çevirir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi üzrə işlərin davam etməsindən bəhs edən Baş nazir deyib ki, bu, Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların həcminin artması ilə əlaqədardır.

Həmçinin kənd təsərrüfatı sektorunda qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunulub. Baş nazir qeyd edib: “Hazırda qeyri-neft sektorunun inkişafı Azərbaycanın əsas iqtisadi prioritetlərindən biridir. Məqsədyönlü iqtisadi siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsinə nail olunub, aqrar sektorun inkişafı üçün əlverişli şərait yaradılıb. İnnovativ həllər, yaşıl enerji, rəqəmsallaşma geniş tətbiq edilir. Aqroparkların sayı artır və artıq 50-yə çatıb”.

Qeyd edilib ki, son 10 il ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı təxminən 47 faiz artıb. Cari ilin 8 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3 faizdən çox artıb.

Vurğulanıb ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə regionda yaranan yeni reallıqlar fonunda da investisiya sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər açılır. Ə.Əsədov deyib: “Bu gün Azərbaycan hökuməti öz maliyyə vəsaitləri hesabına azad olunmuş ərazilərin bərpası və inkişafı üzrə irimiqyaslı işlər görür”. O, dost ölkələrin, o cümlədən Tacikistan şirkətlərini bu işlərə qoşulmağa çağırıb.

Azərbaycanda alternativ energetika sahəsində görülən işlər barədə forum iştirakçılarına məlumat verən Baş nazir bildirib ki, dünyanın aparıcı şirkətləri ilə birlikdə bu istiqamətdə bir sıra iri layihələr həyata keçirilir.

Ə.Əsədov, həmçinin bildirib ki, forumun başlıca məqsədlərindən biri Tacikistan Respublikasının iqtisadi və investisiya potensialı ilə tanışlıqdır. O, bu ölkənin sosial-iqtisadi inkişafının yaxşı templərini qeyd edib.

Həmçinin iki ölkənin liderləri - İlham Əliyevin və Emoməli Rəhmonun uğurlu siyasətinin rəhni kimi, Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin inkişafı vurğulanıb.

Ə.Əsədov Azərbaycanın Tacikistanla dostluğun və qarşılıqlı faydalı tərəfdaşlığın gələcəkdə də möhkəmlənməsində hazır və maraqlı olduğunu ifadə edib.

Baş nazir əlavə edib: “Azərbaycan Prezidentinin bu ilin aprelində Tacikistana dövlət səfəri zamanı bu barədə növbəti dəfə bəyan edilib”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası başa çatıb – YENİLƏNİB

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir

Professor: Filizçay filizinin mürəkkəb tərkibi onun ənənəvi üsullarla zənginləşdirilməsini çətinləşdirir

Marqarita Kərimova-Sokolova: Üzeyir Hacıbəylinin irsi yaşayır, inkişaf edir və insanları davamlı olaraq birləşdirir

Milli Kitabxanada “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib

Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma

Səadət Təhmirazqızı: Nizami irsi Üzeyir Hacıbəylinin yaradıcılığında mühüm yer tutub

BMU tələbəsi Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olub

Azərbaycanın U-20 millisinin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti açıqlanıb

Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər

Dövlət Komitəsinin sədri: Xurafat və dini savadsızlığın qarşısının alınması vacibdir

Nərimanov rayonunda narkokuryerlik etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

“Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunub

Əfv edilən şəxs: Prezidentimiz bizi ailəmizə qovuşdurdu VİDEO

Əfv edilən şəxs: Prezidentimiz bizi ailəmizə qovuşdurdu VİDEO

Su polisi brakonyerlik edən şəxsi saxlayıb

Teodor Menzelin Türkoloji Qurultayla bağlı qeydləri Azərbaycan dilində nəşr olunub

İnsan kapitalının inkişafı və əməkdaşların rəqəmsal bacarıqlarının təkmilləşdirilməsinə diqqət artırılır

Mədən sənayesinin inkişafı ölkənin iqtisadi imkanlarını genişləndirəcək –  ŞƏRH  VİDEO

Mədən sənayesinin inkişafı ölkənin iqtisadi imkanlarını genişləndirəcək – ŞƏRH VİDEO

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

Əfv olunan şəxs: Ailəmin azadlığa buraxılmağımdan xəbəri yoxdur VİDEO

Əfv olunan şəxs: Ailəmin azadlığa buraxılmağımdan xəbəri yoxdur VİDEO

Oman Sultanlığının nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib

® “MyShops”dan “Nothing” smartfonu al, “Azercell”dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!

Doktorant və gənc tədqiqatçıların 29-cu konfransı Naxçıvanda olacaq

Qafqaz Albaniyasının maddi-mədəni irsinə qarşı erməni vandalizmi - elmi sessiya

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi yolu ilə yenidən təşkili haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Lənkərandakı cəzaçəkmə müəssisəsindən 2 nəfər azadlığa buraxılıb, onlardan 1-i Fransa vətəndaşıdır

“Reuters”: Səudiyyə Ərəbistanı Şərq-Qərb xam neft boru kəmərini yenidən işə salmağa başlayıb

Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb

“Şəfa” Qəbələdə toplanış keçəcək

Kral Salman: Dünya müsəlmanları husilərin Məkkəni hədəf almaq cəhdini pisləyir

İstanbulun minillik şahidi – Dikilitaş

Bərpaçı rəssam: Rəsm əsərinin yaradılmasında düzgün texnologiya onu uzun illər qoruyub saxlamağa imkan verir

Xammaldan yüksək dəyərli məhsula: Azərbaycanın iqtisadi gələcəyinə yeni baxış - ŞƏRH

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

Duzlaşmaya məruz qalmış aqrosenozların münbitliyinin yaxşılaşdırılması ilə bağlı layihə qrant qalibi olub

Elman Cəfərli: Təbii sərvətlərə vurulan zərər sistemli şəkildə sənədləşdirilməlidir

Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunda yeni artım mənbələrinin yaradacaq ŞƏRH

Əfv sərəncamı Naxçıvanda icra olundu - iki Türkiyə vətəndaşı azadlığa buraxıldı VİDEO

Əfv sərəncamı Naxçıvanda icra olundu - iki Türkiyə vətəndaşı azadlığa buraxıldı VİDEO

Dörd universitet mühəndislik təhsili üzrə əməkdaşlıq edəcək

Əfv sərəncamı 2 və 17 saylı cəzaçəkmə müəssisələrində 4 nəfərə şamil olunub

Bakı Təhlükəsizlik Forumu Azərbaycanın beynəlxalq təhlükəsizlik diplomatiyasındakı rolunu gücləndirir - ŞƏRH

Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib

ADPU əməkdaşları üçün strateji kommunikasiya mövzusunda təlim təşkil olunub

Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib

MİDA 13 qeyri-yaşayış obyekti və onlara aid zirzəmi sahələrini satışa çıxarır

Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib

“İnnovativ məktəb” layihəsi çərçivəsində 43 müəllim təlimə cəlb olunub

Təhlükəsizlik Forumu: Prezident İlham Əliyevin təşəbbüsləri qlobal təhdidlərin qarşısının alınmasına yönəlib

Kəngərlidə avtomobil aşıb: ər-arvad xəsarət aldı, körpələri həyatını itirdi VİDEO

Kəngərlidə avtomobil aşıb: ər-arvad xəsarət aldı, körpələri həyatını itirdi VİDEO

Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır

Folklor İnstitutunun əməkdaşı Özbəkistanda keçirilən konfransda məruzə edib

Yaşlılarda əzələ zəifliyinin yeni səbəbi aşkarlanıb

Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib

“Çinin düyü mədəniyyəti” - seminar

Meksikalı pilot: Bakıdakı yarış üçün ümidliyəm

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır

Hacıqabulda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” müzakirə olunub

Azərbaycan startapı Özbəkistan və Türkiyə bazarlarında işə başlamağı planlaşdırır

Corc Rassel: Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik

Oskar Piastri: Ümid edirəm ki, bu dəfə Bakıdakı yarış bizim üçün daha yaxşı keçər

İki tarix arasındakı reallıq: müharibədən sülh gündəliyinə gedən yol ŞƏRH

Ekspert: Süni intellekt təhsildə müəllim və şagirdlərin imkanlarını genişləndirə bilər

Ev şəraitində konservləşdirilən qidalar nə qədər təhlükəsizdir və bu zaman nələr nəzərə alınmalıdır?

Tailandlı pilot: Bakı trası bizim bolidə uyğundur

Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram

“Valensiya”nın yeni baş məşqçisi məlum olub

Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub

“Red Bull”un pilotu: Bakıda əlimizdən gələnin ən yaxşısını etmək istəyirik

“Qazıməmməd Qazax” magistral qaz kəmərinin 69 kilometrlik hissəsi təmir ediləcək

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsert təşkil olunub

Azərbaycan və IEC enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlığı dəyərləndirib

Buxarestdə Şərqi Avropanın qlobal ticarət marşrutlarındakı rolu müzakirə olunur

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,9 faiz artıb

"Turan Tovuz" - "Fənərbağça" oyununa 12 mindən artıq bilet satılıb

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib VİDEO

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib VİDEO

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub - ŞƏRH

Beynəlxalq Elektrotexniki Komissiya Azərbaycanla innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsində maraqlıdır

İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib

Azərbaycan Tbilisidə keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb