Basketbol üzrə Azərbaycan yığması Avropa çempionu olub
Bakı, 16 iyul, AZƏRTAC
On səkkiz yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının “C” divizionunun qalibi olub.
AZƏRTAC xəbər verir ki, San-Marinoda keçirilən yarışın final matçında yığmamız Andorraya qalib gəlib.
Son çempion Andorra ilə qrup mərhələsində də qarşılaşan Tahir Baxşıyevin yetirmələri finalda rəqibdən güclü olaraq 74:57 hesabı ilə qələbə qazanıblar.
Qeyd edək ki, millimiz turnirdə keçirdiyi 5 oyunda dörd qələbə qazanıb. Qrupda Andorraya məğlub olan yığmamız, Cəbəllütariq və Monakoya qalib gəlib. Komandamız yarımfinalda Kosovodan üstün olub.