Basketbol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib
Bakı, 8 sentyabr, AZƏRTAC
İndoneziya, Yaponiya və Filippinin ev sahibliyi etdiyi basketbol üzrə dünya çempionatında ilk finalçının adına aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, yarımfinalda Kanada yığmasına 95:86 hesabı ilə qalib gələn Serbiya millisi həlledici oyuna vəsiqə qazanıb.
Matçın ən məhsuldar basketbolçusu serbiyalıların heyətində Boqdan Boqdanoviç olub. O, görüşü 23 xal, 4 ribaund və 3 asistlə tamamlayıb.
Serbiya seçməsinin finaldakı rəqibi bu gün keçiriləcək ABŞ - Almaniya oyununun qalibi olacaq. Həlledici qarşılaşma isə sentyabrın 10-da baş tutacaq.
Qeyd edək ki, basketbol üzrə son dünya çempionu İspaniya millisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]