BASKETBOL ÜZRƏ KİŞİLƏRDƏN İBARƏT KOMANDALAR ARASINDA ÖLKƏ ÇEMPİONATINDA 10 KLUB MÜBARİZƏ APARIR
AZƏRTAC xəbər verir ki, kişilərdən ibarət komandalar arasında basketbol üzrə Azərbaycan çempionatının üçüncü turu artıq arxada qalmışdır.
İki qrupda, dairəvi sistem üzrə keçirilən yarışda Bakı, Gəncə, Naxçıvan, Şəki və Cəlilabadı təmsil edən 10 komanda mübarizə aparır.
Qrup qaliblərindən başqa, 2-ci yerləri tutan komandalar arasında da 3-cü yer uğrunda yarış keçiriləcəkdir. Yarışı ilk üçlükdə başa vuran komandalar yüksək liqada oynamaq hüququ qazanacaqlar.
“Gənclik” Olimpiya İdman Kompleksində keçirilən ölkə çempionatında turun nəticələrinə görə Bakının “Gənclik” və “Xəzər Universiteti” komandaları 3 oyundan 6 xalla birinci qrupda liderdilər.
İkinci qrupda isə paytaxtın “Xətai” komandası 6 xalla birincidir. Gəncə, Cəlilabad və Naxçıvan təmsilçiləri isə 3 oyundan 5 xal toplamışlar.
Oktyabrın 26-da yekun vurulacaq ölkə birinciliyində məlum olacaq 6 komanda noyabrın 20-də start veriləcək, 16-cı Azərbaycan çempionatının güclülər dəstəsində mübarizə aparacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb
- 12.10.2026 [11:41]
Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır
- 12.10.2026 [11:31]
AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib
- 12.10.2026 [10:47]