“Bavariya” və “Liverpul” “Dinamo Kiyev”in futbolçusunu heyətinə qatmaq istəyir
Bakı, 24 dekabr, AZƏRTAC
Almaniyanın “Bavariya” və İngiltərənin “Liverpul” klubu Ukrayna təmsilçisi “Dinamo Kiyev”in futbolçusu Viktor Tsiqankovu transfer etmək istəyir.
AZƏRTAC İspaniyanın “Marka” nəşrinə istinadla xəbər verir ki, Münxen təmsilçisi 21 yaşlı ukraynalı futbolçu üçün 50 milyon avrodan keçməyə hazırdır.
V.Tsiqankov “Dinamo”nun heyətində 2016-cı ildə debüt edib. O, paytaxt komandasında 97 oyunda meydana əsas heyətdə çıxıb və 33 qolla yadda qalıb. Ukrayna millisinin heyətində isə 11 oyun keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]