Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bayrağa, Vətənə, anda sədaqət” adlı vətənpərvərlik tədbiri keçirilib VİDEO

Bakı, 7 noyabr, AZƏRTAC

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Bayrağa, Vətənə, anda sədaqət” adlı vətənpərvərlik tədbiri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət bayrağı hərbi orkestrin müşayiəti ilə salona gətirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni oxunub.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, ərazilərimizin bölünməzliyinin, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan dövlət bayrağı haqqında ətraflı məlumat verib.

Müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları tədbir iştirakçılarına təqdim edilib.

Bildirilib ki, ulu əcdadlarımız zaman-zaman bayrağa yeri və göyü birləşdirən müqəddəs varlıq kimi baxıb, onu ən təmiz, pak, uca tutulan yerlərdə saxlayıb, bayraqların sancıldığı zirvələri, çadırları, iqamətgahları və qərargahları müqəddəs məkan bilib, həmişə bayrağa ehtiram göstərib, qarşısında səcdə edib, and içib, bayraq gətirilən mərasimlərdə onu ayaqda qarşılayıblar. Bu ənənə nəsildən-nəslə ötürülərək bu gün də yaşamaqdadır. Azərbaycan əsgərinin digər dövlət rəmzləri kimi bayrağımıza da həmişə sədaqət nümayiş etdirdiyi, bu bayraq altında Ali Baş Komandanın əmrlərinə hər an hazır olduğu vurğulanıb.

Tədbirdə ulu öndər Heydər Əliyevin “Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır. Azərbaycanın dövlət bayrağı müstəqil Azərbaycanın başının üstündə dalğalanır. Bu yüksəklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcək!” və dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada da dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” fikirləri səsləndirilib.

Azərbaycan idmançılarının, eləcə də ordu idmançılarının olimpiadalarda, mötəbər idman yarışlarında qələbə qazanaraq himnimizi səsləndirmələri, bayrağımızı ucaltmaları fəxrlə vurğulanıb.

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Vətən darda olanda Azərbaycan xalqının bir nəfər kimi ayağa qalxdığını, hamının bir amal, bir məqsəd uğrunda birləşdiyini və əsgəri şərəf, şücaət, şöhrət rəmzi olan döyüş bayraqları altında savaş meydanlarına atıldığını qeyd edib. “Bayraq mənliyimizdir, varlığımızdır, kimliyimizdir, dövlətimizin müqəddəs rəmzlərindəndir və tapındığımız, inandığımız müqəddəs milli dəyərimizdir. Ürəyində bayraq sevgisi, Vətən sevgisi, dövlətə, xalqa sədaqət hissi olmayan şəxs heç vaxt vətənpərvər ola bilməz. Hər bir Azərbaycan vətəndaşı bayrağımızın ən uca zirvələrdə dalğalanmasına öz töhfəsini verməli, Azərbaycan naminə bu bayraq altında hər an mübarizəyə hazır olmalıdır”, - deyə general bildirib.

Aprel döyüşlərinin iştirakçısı general-mayor Bəkir Orucov çıxış edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ilk dəfə Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrə döyüş bayraqlarının təqdim olunmasını nəzərə çatdırıb. B.Orucov bildirib ki, 2004-cü il mayın 12-də Naxçıvan Muxtar Respublikasının yaradılmasının 80-ci ildönümünə həsr olunmuş yubiley tədbirlərində iştirak etmək üçün Naxçıvana gələn Ali Baş Komandanımız qarnizonun şəxsi heyəti ilə də görüşüb və hərbi hissələrə təntənəli şəkildə döyüş bayraqlarını təqdim edib. General həmin döyüş bayraqlarını qəbul edən hərbi hissələrin komandirlərindən biri olduğunu vurğulayaraq o tarixi anı fəxrlə xatırlayıb.

Lələtəpə uğrunda döyüşləri yada salan general həmin gün Vətən müdafiəçilərinin sanki oda, atəşə dönərək döyüşə-döyüşə zirvəyə doğru necə can atdıqlarını, güllələr, mərmi atəşləri altında bayrağımızı azad edilmiş zirvəyə necə sancdıqları anın sevincini tədbir iştirakçıları ilə bölüşüb və bu bayrağın tezliklə işğal altında olan digər torpaqlarımızda da dalğalanacağına əminliyini bildirib.

Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirdə hərbi qulluqçular bu bayrağın daim Azərbaycanın başı üzərində əzəmətlə dalğalanması naminə dövlətimizin başçısının apardığı məqsədyönlü daxili və xarici siyasəti ürəkdən bəyəndiklərini və dəstəklədiklərini bəyan ediblər.

Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunda və Aşqabadda keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin hücum diplomatiyasına keçərək, dünyanın gözü qarşısında Ermənistanın siyasi-hərbi rəhbərliyinə, Nikol Paşinyanın sərsəm bəyanatlarına kəskin cavab verməsinin və onu yerində oturtmasının Azərbaycan Ordusunun şəxsi heyətində də böyük ruh yüksəkliyi yaratdığı qeyd olunub.

Tədbir iştirakçıları Ali Baş Komandanın Rusiyanın məşhur “Kommersant” qəzetinə müsahibəsində dediyi “XXI əsr türk dünyası əsri olacaq!” fikrini alqışlarla qarşılayıblar. “Bir millət, iki dövlət”in bayraqları birlikdə salona gətirilib. Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi parad xatırlanıb. Azərbaycan və Türkiyə qardaşlığına, dostluğuna həsr olunmuş mahnılar ifa edilib.

Əməkdar mədəniyyət işçisi Solmaz Kosayevanın şəhid analarının dilindən etdiyi “Şəhidlər önündə əyilən bayraq tezliklə Şuşaya sancılmalıdır!” çağırışı tamaşaçılarda duyğulu anlar yaşatsa da, onlarda böyük qələbəyə inam hissini daha da artırıb.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin, eləcə də tanınmış incəsənət ustalarının iştirakı ilə bayrağa həsr olunmuş ədəbi, xoreoqrafik kompozisiyalar təqdim olunub, Azərbaycan bayrağını tərənnüm edən yeni mahnılar ifa edilib.

Tədbirdə bəstəkar Azad Zahidin Abdulla Qurbaninin sözlərinə yazdığı “Uçuşa hazırıq” mahnısının təqdimatı olub. Azərbaycanın hərbi pilotlarına həsr olunmuş mahnı Elnur Məmmədovun ifasında maraqla qarşılanıb.

Vətənpərvərlik tədbirində qoşun növlərinin, Bakı Qarnizonundakı hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələri bir daha Bayrağa, Vətənə, dövlətə, xalqa sonsuz sədaqətlərini ifadə ediblər.

“Bayrağa, Vətənə, anda sədaqət” adlı vətənpərvərlik tədbiri keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam