ELM VƏ TƏHSİL
BDU-nun hüquq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib
Bakı, 4 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində beynəlxalq hüquq ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və rus bölmələrində təhsil alan magistrantlar informasiya hüququnun aktual mövzuları üzrə elmi tədqiqatlarını Beynəlxalq ümumi hüquq kafedrasında yerinə yetiriblər.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri, ixtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi şurasının sədri, professor Fərhad Abdullayev müdafiəyə təqdim edilmiş işlərin aktuallığından danışıb, magistrantların elm və peşə hazırlığını yüksək qiymətləndirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev professor Fərhad Abdullayevin təklif və tövsiyələrini yüksək qiymətləndirib, magistrantlara göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, müdafiədə iştirak edən 7 magistrantın hər biri “əla” qiymət alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:14]
Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib
- 03.05.2024 [19:11]
Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir
- 03.05.2024 [18:58]
Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
- 03.05.2024 [18:42]
AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub
- 03.05.2024 [18:35]