BDU-nun tələbəsi adını qazanan şəhid övladları
Bakı, 25 avqust, AZƏRTAC
Yeni tədris ili üzrə Bakı Dövlət Universitetinə (BDU) qəbul olaraq tələbə adını qazananlar arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin övladları da var.
BDU-dan AZƏRTAC-a bildirilib ki, şəhid mayor Sənan Zamanovun övladı Fidan Zamanova Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dövlət və ictimai münasibətlər ixtisasına qəbul olub. Şəhid baş gizir İlkin Süleymanovun övladı Nuray Mahirzadə Filologiya fakültəsində filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə əyani təhsil alacaq. Şəhid baş leytenant Mixail Həmidovun övladı Mədinə Həmidli Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin beynəlxalq münasibətlər ixtisasına qəbul olub. Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun övladı Zəhra Xəlilzadə də Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin beynəlxalq münasibətlər ixtisasında əyani təhsil alacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [15:02]
Nizami və Nəvai irsi: Azərbaycan-Özbəkistan qardaşlığının mənəvi körpüsü
- 25.08.2026 [14:49]
Özbəkistandan 69 müəllim UNEC-də peşəkar inkişaf proqramlarında iştirak edib
- 25.08.2026 [14:45]