ELM VƏ TƏHSİL
BDU və Litvanın Mikolas Romeris Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb

Bakı, 3 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə Litvanın Mikolas Romeris Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, müqavilə çərçivəsində bakalavr, magistr, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Müqaviləni BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov və Mikolas Romeris Universitetinin akademik işlər üzrə prorektoru Regina Valutyte imzalayıb.
Qeyd edək ki, əsası 1990-cı ildə qoyulmuş Mikolas Romeris Universiteti Litvanın sosial elmlər üzrə ixtisaslaşan ən nüfuzlu universitetlərindən biridir. Mikolas Romeris Universiteti “QS WUR Ranking” üzrə 1001-1200-cü, “QS WUR Ranking by Subject” üzrə 201-250-ci, “QS WUR Ranking Avropa” üzrə 349-cu pillədədir.