BEA: 2030-cu ilə qədər kömür istehsalı azalacaq
Bakı, 17 dekabr, AZƏRTAC
2025-ci ilin nəticələrinə görə, qlobal səviyyədə kömür hasilatının həcminin 2024-cü il səviyyəsinə çatacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilib.
“2025-ci ildə qlobal kömür istehsalının 2024-cü ildə əldə edilən tarixi maksimuma çatacağı proqnozlaşdırılır. 2025-ci ilin birinci yarısında Çində kömür istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artıb”, - deyə hesabatda vurğulanıb.
BEA Çində kömür istehsalının 2025-ci ildə ümumilikdə 1 faiz artacağını gözləyir. Hindistanda son illərdə kömür istehsalında müşahidə olunan artım yavaşlayacaq. İndoneziyada kömür istehsalı COVID-19 pandemiyasının başlanmasından bəri ilk dəfə azalacaq. Amerika Birləşmiş Ştatlarında isə daxili tələbat sayəsində kömür istehsalı artacaq.
Hesabata əsasən, əksər bölgələrdə əhəmiyyətli kömür ehtiyatları və zəif qlobal tələbat nəzərə alınmaqla, qlobal kömür istehsalının 2030-cu ilə qədər bir qədər azalacağı proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]