Bədii gimnastlarımız İspaniyada güclərini sınayıblar
Bakı, 6 may, AZƏRTAC
İspaniyanın Qvadalaxara şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid kubok yarışı yekunlaşıb.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə ölkəmizi milli komandamızın üzvləri Zöhrə Ağamirova və Veronika Qudis təmsil ediblər.
Yarışda gimnastlarımızdan ən yaxşı nəticəni Z.Ağamirova göstərib. Belə ki, ötən həftə Bakıda keçirilmiş dünya kubokunda 1 finalda çıxış edən gimnastımız, bu dəfə 3 alətlə final mərhələsinə vəsiqə qazanıb.
Yarışın sonuncu günündə təmsilçimiz lent ilə uğurlu çıxış nümayiş göstərərək, hakimlərdən 16.850 xal alıb və yekun mərhələdə 5-ci yerdə qərarlaşıb. Gimnastımızın digər iki final çıxışı isə halqa və gürzlərlə olub və o, hər iki alətlə yarışları 7-ci yerdə bitirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]