BƏƏ-də Moldova vətəndaşı olan ravvini qətlə yetirən 3 nəfər həbs edilib
Bakı, 25 noyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bazar günü İsrail və Moldova vətəndaşının qətlini təsdiqləyib və İsrailin bu insidenti antisemit “terror hücumu” adlandırmasından sonra üç şübhəlinin həbs edildiyini bildirib.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, BƏƏ-nin rəsmi WAM xəbər agentliyinin yaydığı bəyanatda ravvinin öldürülməsi barədə məlumat verilib və Daxili İşlər Nazirliyinin Tzvi Koqan adlı bu şəxsin qətlində iştirak edən üç cinayətkarı ən qısa müddətdə həbs etdiyi açıqlanıb.
BƏƏ Daxili İşlər Nazirliyi Koqanı “BƏƏ-yə daxil olarkən şəxsiyyətini təsdiq edən sənədlərə görə Moldova vətəndaşı” kimi təqdim edib. Bildirilib ki, mərhumun ailəsi itkin düşmüş şəxs haqqında ərizə təqdim edib, bunun nəticəsində cəsədin tapılması və şübhəlilərin şəxsiyyətinin müəyyən edilməsi üzrə ixtisaslaşdırılmış axtarış və istintaq qrupu yaradılıb. Nazirlik həbs olunan şəxslərlə bağlı təfərrüatı açıqlamayıb və istintaqın yekununa dair məlumat veriləcəyini bildirib.
Bu arada, İranın BƏƏ-dəki səfirliyi sosial mediada Tehranın bu qətldə iştirakı ilə bağlı yayılmış fərziyyələri təkzib edib.
Koqan BƏƏ-də bütün dünyada təbliğat işləri ilə tanınan ultra-pravoslav yəhudi qrupunun nümayəndəsi qismində fəaliyyət göstərirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]