Belarus mətbuatı Formula 1 Azərbaycan Qran-Prisinə xüsusi yer ayırıb
Minsk, 29 aprel, AZƏRTAC
Belarusun nüfuzlu informasiya agentlikləri olan BELTA və SPUTNİK, həmçinin bir sıra xəbər saytları Formula 1 Azərbaycan Qran-Prisinə geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, BELTA dövlət informasiya agentliyində Bakıda Formula 1 Qran-Prisinin turistlər üçün daha cəlbedici olması barədə məqalə yayılıb. Məqalədə qeyd olunur ki, Bakıda Formula 1 yarışı ərəfəsində turistlər üçün maraqlı layihələr həyata keçirilib.
SPUTNİK informasiya agentliyinin yaydığı “Formula 1: Luis Hamilton Azərbaycan Qran-Prisinin qalibi oldu” sərlövhəli yazıda yarışın gedişi, eləcə də pilotlar barədə geniş məlumat verilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk