Belarus paytaxtında MDB çərçivəsində bir sıra tədbirlər keçiriləcək
Minsk, 2 avqust (AZƏRTAC). MDB-nin Belarus paytaxtındakı qərargahının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Minskdə, Birliyin İcraiyyə Komitəsində təşkilatın bir sıra tədbirləri keçiriləcək.
Avqustun 5-6-da MDB iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlığı sahəsində 2015-2016-cı illər üçün Prioritet Tədbirlər Planı Layihəsinə baxılması üzrə ekspert qrupunun əlavə iclası olacaq.
Avqustun 12-də MDB iştirakçısı olan dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələr Şurasının iclası keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk