Belarusda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Bakı, 23 fevral, AZƏRTAC
Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən tədbirlər planı tərtib edilib. Həmin tədbirlər planına uyğun olaraq, səfirliyin hazırladığı pres-reliz Belarusun dövlət qurumlarına, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və aparıcı KİV-lərə göndərilib.
Səfirlikdə Xocalı faciəsi ilə bağlı keçirilən tədbirdə yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, Azərbaycan və Belarus tələbələri iştirak ediblər.
Səfir İsfəndiyar Vahabzadə çıxış edərək Xocalı faciəsi ilə bağlı məlumat verib, dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı erməni cəlladları tərəfindən törədilmiş bu soyqırımı aktına biganə qalmamağa çağırıb və tələbələrin suallarını cavablandırıb. Səfir artıq bir sıra ölkələrin parlamentləri tərəfindən Xocalı faciəsi ilə bağlı müvafiq sənədlər qəbul edildiyini bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində xalqımızın ədalətli mövqeyinə dəstək verəcək ölkələrin sayının daha da artacağına əminliyini ifadə edib. Tədbirin sonunda Xocalı faciəsinə dair film nümayiş olunub.
Belarusun digər şəhərlərində də bu ölkədə məskunlaşmış Azərbaycan diasporu ilə birgə Xocalı faciəsi ilə bağlı tədbirlər keçiriləcək
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]