Belaruslu nazir: Kazan sammitində BRICS-ə daha 10 ölkə qoşulacaq
Bakı, 28 sentyabr, AZƏRTAC
Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib ki, oktyabrda Rusiyanın Kazan şəhərində keçiriləcək sammit zamanı BRICS iqtisadi blokuna 10-a yaxın yeni üzv qoşulacaq.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Belarus rəsmisi Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində çıxışında bu il BRICS-ə sədrlik edən Moskvanın blokun genişlənməsi üçün dövlətlərin siyahısını tərtib etdiyini bildirib. O, Belarusun üzvlüklə bağlı müraciətinin təsdiq ediləcəyinə ümidvar olduğunu deyib.
2009-cu ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılan BRICS 2011-ci ildə Cənubi Afrikanı da öz sıralarına daxil edib. 2023-cü ilin dekabrında daha da genişlənməsinə və altı yeni üzvün qoşulmasına baxmayaraq, blok orijinal adını saxlamağa üstünlük verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]
Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi
- 12.10.2026 [12:33]