Belçika tarixdə ilk dəfə kəskin istilərlə üzləşib
Bakı, 7 sentyabr, AZƏRTAC
Belçika Kral Meteorologiya İnstitutu sentyabrın ilk həftəsində ölkədə havanın temperaturunun 3 gün dalbadal 30 dərəcədən yuxarı olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, İnstitutun rəsmisi David Dehenauw, 5 gün ardıcıl olaraq 25 dərəcədən yuxarı temperatur ölçdüklərini, bunun 3-də temperaturun 30 dərəcədən yuxarı olduğunu qeyd edib.
İsti hava ilə əlaqədar bütün ölkə ərazisində sarı təhlükə elan edilib. Xüsusilə yaşlılara zərurət olmadıqda, evdən çıxmamaq, camaata isə bol maye içmək tövsiyə edilib.
Meteorologiya rəsmiləri ölkədə istilərin gələn həftənin ortalarına qədər davam edəcəyini gözləyirlər.
Çərşənbə axşamı və ya çərşənbə günündən başlayaraq temperaturun 25 dərəcədən aşağı düşəcəyi təxmin edilir. Sentyabrda havanın belə isti olması Belçika üçün istisna hesab olunur.
Qeydlər aparılmağa başlayandan bəri sentyabr ayında Belçikada ilk dəfə isti dalğasının görüldüyü bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]